Piyadanın ölümünə səbəb olan qəzanın bəzi detalları məlum olub
Nərimanov rayonunda, metronun “Gənclik” stansiyasının yaxınlığında baş verən qəzanın təfərrüatı məlum olub.
Oxu.Az-ın xəbərinə görə, “Dədə Qorqud” parkının yaxınlığında hərəkətdə olan 10 GN 002 dövlət nömrə nişanlı “Volkswagen Passat” markalı minik avtomobili yolu keçmək istəyən 1994-cü il təvəllüdlü Gülgün Əmiraslanlını vuraraq ağır xəsarət yetirib.
Sürücü dostunun “Maserati” markalı minik avtomobili ilə yaralını xəstəxanaya çatdırıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, G.Əmiraslanlı xəstəxanada keçinib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

