Plastik əməliyyatın qurbanları – FOTOLAR

Son günlər “Muhteşem Yüzyıl” serialı ilə tanınan Məryəm Uzerlinin dodaqlarının və üzünün şişmiş halda olduğu şəkil geniş müzakirələrə səbəb olub.

Bundan bir müddət öncə isə xalq artisti Amaliya Pənahovanın hər kəsi şoka salan görüntüsü də yayılmışdı. Bir çoxları bu cür hallara elastik-plastik əməliyyatların, bədənin müxtəlif nayihələrinə dilən müdaxilələr səbəbi ilə baş verdiyini düşünür.

Ancaq Məryəm Uzerlinin şişmiş dodaqları plastik əməliyyatlar nəticəsində tanınmaz hala düşən, insanların içinə çıxmağa utanacaq hala gələn insanların siması qarşısında o qədər də dəhşətli görünmür.

Gözəlləşmək, qüsur kimi gördüyü əyrilikləri düzəltmək üçün bıçaq altına yatmaqdan çəkinməyib, daha sonra qorxunc hala düşən insanlar var.

meryem uzerli dudakları ile ilgili görsel sonucu

Tarixdə ilk plastik əməliyyat I Dünya Müharibəsi dövründə həyata keçirilib.  1916-cı ildə silah daşıyan gəmilərin toqquşması nəticəsində Volter Yeonun gözlərinin altı və üstü bərbad hala düşüb. Zərər görməmiş bölgələrdən alınan dərini gözün ətrafına yerləşdirən həkim Harold Gillies bu əməliyyatı həyata keçirmiş ilk həkim, Yeo isə plastik əməliyyat etdirmiş ilk şəxs oldu. Yeonun əməliyyatı uğurlu alınsa da, ondan 1 əsr sonra belə həyata keçirilən bəzi əməliyyatın nəticəsi olduqca acı olur.

Minval.info keçirdiyi plastik əməliyyat və müdaxilələr nəticəsində tanınmaz hala düşən insanlar barədə məlumat verir:

Cənubi Koreyalı Hang Mioku ilk plastik əməliyyatını 28 yaşından etdirməyə başlayıb və daha sonra bıçaq altına yatmaqdan özünü saxlaya bilməyib. Əməliyyat xətrinə Yaponiyaya köçən Hang saysız müdaxilələrdən sona artıq tanınmaz hala gəlmişdi. Ancaq o, hələ də əməliyyat masasına yatmaq arzusunda idi. Bir mərhələdən sonra getdiyi heç bir həkim onu əməliyyat etməyi boynuna götürməyib. Əməliyyatsız yaşaya bilməyən Mioku özü evdə iynəyə doldurduğu yağı üz dərisinin altına əlavə etməyə başlayıb. Üzü şişən qadın hər kəsin marağına səbəb olub və Koreyada xəbərlər buraxılışlarına da çıxıb. Bundan sonra ona ürəyi yanan əhali yenidən əməliyyat olunub öncəki halına qayıtması üçün pul yardımı ediblər. İlk əməliyyatda onun üzündən 60 qram, boynundan isə 200 qram xarici maddə götürülüb. Üzündəki şişlər çəkilsə də, yara və çapıq izləri qalıb.

Hang Mioku

Cokelin Vilderşteyn əməliyyatlarla “canavar”a çevrilmək üçün ümumilikdə 4 milyon dollardan çox vəsait xərcləyib. 1970-ci illərdə Cokelin olduqca zəngin bir biznesmen ilə evli, 2 uşaq anası xoş bir qadın idi. Bıçaq altına yatmaq çılğınlığı isə həyat yoldaşının ona 21 yaşlı Rusiyalı bir manikenlə xəyanət etməsindən sonra başlayıb. Əməliyyat nəticəsində gözəlləşib, həyat yoldaşını geri qazanmağı arzulasa da, sonda əri onunla qala bilmir və ayrılırlar. Cokelinin köhnə simasına sahib olması da mümkün deyil.

Jocelyn Wildenstein was famous for her very public divorce from Alec Wildenstein in 1999

Məşhur italiyalı dizayner Canni Versaçenin qızı Donatella Versaçe də əməliyyat qurbanına çevrilənlərdən biridir. Maraqlısı budur ki, Donatella burnunu kiçiltmək istəsə də, burnu getdikcə böyüyüb. Üzündəki qırışları aradan qaldırmaq üçün edilə müaxilələr üzünü şumal edib, ancaq sümükləri görünən və dərisi sallanmış bədəni ziddiyyət təşkil edir. Son zamanlar isə kosmetik vasitələr Donotellanın köməyinə çatır və onun əməliyyatlardan yaranan qüsurlarını örtür.

Donatella Versace plastic surgery

Mişel Romanini kübar cəmiyyətin məşhur simalarından biridir. Ancaq illər öncə onu görənlər indi Mişellə qarşılaşanda onu simasından tanımırlar. Çünki keçirdiyi plastik əməliyyatlar, dodağındakı slikon, dəyişmiş göz rəngi ilə Mişel gözəl deyil, bəlkə də, qorxunc görünür.

Michaela Romanini - Before and After

Məşhur aktyor Silvestr Stalonenin anası Ceki Stalone bir çox məsələdə məşhurluğu var. O, itlərin onunla danışıb, gələcəkdən xəbər verdiyini iddia edib və zəng edənlərdən pul tutulduğu telefonla ekstasens xidməti həyata keçirib. Həmçinin, yanaq qaldırma, yanaq dolqusu, dodaq slikonu, qaş qaldırtma, burun əməliyyatı və s. plastik əməliyyatlarla özünü saldığı vəziyyət də ona mənfi mənada məşhurluq gətirib.

Minval.info

Dünya

Nəşr edilib: 2018/05/28 16:49

Baxış: 435


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06