Platini etiraf etdi – “Dünya çempionatında rüşvət almışam”
Platini Fransada keçirilən 1998-ci il dünya çempionatı zamanı hiyləyə əl atdığını deyib.
Minval.İnfo “The Sun”-a istinadən xəbər verir ki, o, Fransada yerli bir radioya müsahibə zamanı “1998 futbol üzrə dünya çempionatının hiyləlidir” deyib.
Platini çempionat başlamamışdan öncə 1.35 milyon funt rüşvət qəbul etdiyini bildirib.
Çempionatdan öncə püşk atmalar zamanı Fransanın Braziliya ilə finala qədər qarşılaşmaması üçün müdaxilələr olunduğunu qeyd edib.
Qeyd edək ki, bu FİFA-dakı ilk rüşvət hadisəsi deyil. Bundan əvvəl də Platini və Sep Blaterin rüşvət qalmaqallarında adları hallanıb.
Tamerlan Mehdi
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

