“Pokrovka Məhərrəm” azadlığa çıxdı – Açıqlama verdi – VİDEO

Bu gün Azərbaycan mətbuatında Rusiyada tanınmış biznesmen “Pokrovka Məhərrəm” adı ilə tanınan Məhərrəm Həsənov Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığına dair məlumat, eləcə də sosial şəbəkələrdə polislərin onu qandallamalarını və dizləri üstə qoymalarını əks etdirən video yayılıb. Xəbərdə iş adamının tutulmasının səbəbləri açıqlanmırdı.
Minval.İnfo xəbər verir ki, bir qədər əvvəl isə sözügedən şəxs “Qafqazinfo” ilə əlaqə saxlayaraq bildirib ki, o adi bir anlaşılmazlıq üzündən dünən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və bu gün sərbəst buraxılıb.
Biznesmen həbs olunması üçün heç bir səbəb olmadığını, hazırda dostları ilə evinə getdiyini, narahat olan bütün insanlara təşəkkür etdiyini söyləyib.
“Pokrovka Məhərrəm” eyni zamanda dostlarının əhatəsində olduğu videonu da təqdim edib:

