Polis xidmətdə olarkən zəhərləndi

İsmayıllı rayonunda polis əməkdaşı zəhərlənib.
Minval.info xəbər verir ki, Mühafizə Polisinin əməkdaşı Elvin Abbaslı İsmayıllı Tarix-Diyarşünaslıq muzeyində xidmətdə olarkən yaxınları tərəfindən ağır vəziyyətdə aşkar edilib.
Onun sirkə turşundan zəhərləndiyi ehtimal olunur. Polis əməkdaşı ağır vəziyyətdə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra oradan Bakıdakı xəstəxanalardan birinə köçürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

