Polis yol qəzasında öldü – Tovuzda
Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.
1987-ci il təvəllüdlü Hikmət Fazil oğlu Quliyev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Dünyasını dəyişən H.Quliyev polis əməkdaşıdır.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

