Polisdən qaçarkən ayağı qırılmışdı, yenə oğurluq etdi – VİDEO
Türkiyənin Kahramanmaraş şəhərində 4 ay əvvəl polisdən qaçarkən ayağını qıran Fatih D. yenidən oğurluq əməllərinə başlayıb.
Ötən ilin 16 dekabrında təsərrüfat malları satan mağazanın kassasından 500 manat pul oğurlayan Fatih D. polisdən gizlənmək üçün bir binaya girmişdi.
Minval.İnfo xəbər verir ki, binanın ətrafının polislər tərəfindən əhatə edildiyini görən Fatih ikinci mərtəbədən atılaraq qaçmağa cəhd etmişdi, ancaq topuğu qırıldığı üçün ələ keçmişdi. Ayaqları qırıq olduğu üçün məhkəməyə əlil arabasında aparılan Fatih azad edilmişdi.
Lakin 27 yaşlı Fatih sağaldıqdan sonra öz əməllərinə davam edib. Əvvəlcə bir şəxsin telefonunu oğurlayıb, daha sonra qadınların çantasını əllərindən alaraq qaçıb və ən sonda da bir mağazadan pul və mobil telefon oğurlayıb.
Təhlükəsizlik kameralarının köməyi ilə kimliyi müəyyənləşən Fatih D bu dəfə polisdən qaça bilməyib. Məhkəmədə oğurluq maddəsi ilə 4 il 8 ay azadlıqdan məhkum etmə qərarı qəbul edilib.
Minval.info

