Polisin hərəkəti qalmaqal yaratdı: “O, həbs edilməlidir” – Foto
Ankarada keçirilən aksiyada polisin tələbəyə qarşı seksual xarakterli hərəkət edildiyi iddia olunur.
Minval.info Türkiyə mediasına istinadən xəbər verir ki, qonşu ölkənin TAYAD təşkilatının Sakarya küçəsində baş tutan nümayişinə universitet qadın tələbələrindən biri dəstək verib. Aksiyaya polis müdaxiləsi zamanı asayiş keşikçisinin ona “intim hücum” etdiyi iddiası irəli sürülüb.
Sözügedən hadisə ilə bağlı sosial mediada paylaşım edilib və belə şərh yazılıb:
“Bu uşaq universitet tələbəsidir. Dünənki aksiyaya dəstək verdi və saxlanıldı. Polisin seksual xarakterli hərəkətinə məruz qaldı. Bu iyrənc vəziyyət fotoaparat vəsitəsilə sənədləşdi”.
“İntim hücum” iddiasına Türkiyənin Cümhuriyyət Xalq Partiyasının deputatı Sezgin Tanrıkulundan da reaksiya gəlib:
“Rəzalət! Deyiləcək baş bir söz yoxdur. Bu polis məmuru dərhal vəzifəsindən uzaqlaşdırılmalıdır, istintaq başlanmalı və həbs edilməlidir”.


