“Polislər bizi şərlədi, onlara cinayət işi açıldı” – Həmyerlilərimizin başına iş gəldi

Rusiyadan Azərbaycana gələn həmvətənlərimizdən biri Dağıstanda şərlənərək polis tərəfindən saxlanılıb. O, hüquq-mühafizə orqanına rüşvət verməkdə günahlandırılıb. Amma əslən azərbaycanlı olan dağıstanlı vəkilin işə qarışması sayəsində problem həllini tapın. 

Minval.info xəbər verir ki, bu barədə hadisənin şahidi olan Atabəy Qismətli bildirib.

Onun sözlərinə görə, bütün baş verənlər Dağısatanda siqaret çəkən zaman yaşanıb:

“Rusiyanın Oremburq şəhərinə getmişdik. Qatarla qayıdıb gələndə Mahaçqala şəhərində vaqondan düşdük ki, taksiyə minib Bakıya vətənə gələk. Uzun müddət siqaret çəkmədiyimizə görə, vağzalın qarşısındakı zibil qabının yanında siqaret çəkdik. Bizimlə bərabər ona yaxın şəxs siqaret çəkirdi. Qarşıdan gələn polislər mənim yol yoldaşım Davudun vəsiqəsin istəyib eyni zamanda şəklin çəkib polis bölməsinə apardılar. Ona polis bölməsində rəisə 1000 rubul (25 manat) pul verib Bakıya gedə biləcəyini deyiblər. O isə 1000 rubul verdiyi zaman onu kameraya çəkib, polisləri çağırıb rüşvət verdiyinə görə həbs ediblər. Mən bir neçə Mahaçqalada yaşayan dostlarımı çağırdım onlar nə qədər polislərlə danışsalar xeyri olmadığını, onun rüşvət verdiyinə görə külli miqdarda cərimələnəcəyini və ya 1 il həbs olunacağını deyiblər. Rus vətəndaşlığı olan azərbaycanlının kəfil durmasıyla, pasportunun prokurorluqda qalmaq, şərtiylə azad buraxdılar. Bizim köməyimizə Mahaçqalada diasporasının müavini Eldar Osmanoviç gəldi, çətinliyimizlə qayğıyla maraqlandıqdan sonra bizi Dağıstan azərbaycanlısı vəkil Ağamirzə Ağayevin yanına göndərdi. Ağamirzə bəy başımıza gələn bütün çətinlikləri dinlədikdən sonra təmənnasız vəkillik etdi. “Siz mənim millətimin balasısınız, mən sizi burada tək qoymaram” dedi. İnanın, o zaman çox duyğulandım millətimlə fəxr elədim”.

Atabəy Qismətli bildirib ki, Ağamirzə bəy onların işini araşdırıb, bütün gün çalışıb və nəhayət bəraət almağı bacarıb:

“Bizim sənətlərimizi alıb bizi Azərbaycana yola saldı. Halbuki buna heç kimin gücü çatmamışdı. O eyni zamanda, bizə şər atan polisləri məhkəməyə verib barələrində cinayət işi belə açdırdı. Əvəzində isə o dedi, öyrəndim ki, sizdən öncə də bir neçə azərbaycanlını şərləyiblər. “Mən imkan verə bilmərəm bu hadisə bir də təkrar olsun” dedi.

Bunu yazmağımda məqsədim odur ki, biləsiniz vətəndə olmaya-olmaya millətimizin keşiyində duran azerbaycanlılar var. Çox sağ olun, var olun Ağamirzə bəy”.

Hadisə

Nəşr edilib: 2018/12/15 15:06

Baxış: 581


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06