Polislərin onu həbs edəcəyini anladı, əlini silaha atdı – Astarada hadisə
Polisi silahla hədələyən axtarışda olan şəxs tərksilah edildi
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə axtarışda olan, əvvəllər məhkum olunmuş Dəyanət Əliyevin saxlanılması istiqamətində yaşadığı Ərçivan qəsəbəsində keçirdikləri əməliyyat tədbirləri zamanı o, tüfənglə əməliyyat qrupunu hədəfə alıb.
Minval.info xəbər verir ki, polis əməkdaşlarının çevikliyi sayəsində D.Əliyev tərkisilah edilərək şöbəyə gətirilib.
Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş 1 ədəd tüfəng, 3 ədəd patron, həmçinin narkotik vasitə olan heroin və metafetamin aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

