Polşada silah zavodunda partlayış baş verib
Polşanın Skarjinsko-Kamennaya şəhərində yerləşən “Mesko” hərbi zavodunda güclü partlayış baş verib.
“MİNVAL.İNFO” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Polsat” telekanalı məlumat yayıb.
“Partlayış nəticəsində 41 yaşlı qadın ölüb”, – məlumatda deyilir.
Məlumata görə, hadisə zavod əməkdaşı partlayıcı maddələri qablaşdırarkən baş verib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

