Pop diva ilə Rəsulun yeni iş birliyi – Fotolar
Pop Diva Aygün Kazımova və sevilən müğənni Rəsul Əfəndiyev daha bir iş birliyinə imza atıb. Onlar “Poqodi postoy” adlı mahnılarını dinləyicilərinə təqdim ediblər.
Mahnının musiqisi Kazımcana, sözləri isə Orxan Qarabasmaya məxsusdur.
Kazımova və Əfəndiyev mahnını maraqla qarşılanan yeni fotosessiya ilə sevənlərinin ixtiyarına verib. Fotoların müəllifi Vüsal Adıgözəlovdur .Xalq artistinin imici üzərində məşhur stilist Ruxa, Rəsulun tərzi üzərində isə stilist FUAD çalışıb.
Qeyd edək ki, cütlüyün sevənləri mahnını bütün digital platformalarda və hər saatın tamamında radiolarda dinləyə bilər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

