Poroşenkoya çağırış: Vaxt itirmə, geri çəkil…

Ukrayna Batkivşina Partiyasının lideri Yuliya Timoşenko hazırkı prezident Pyotr Poroşenkonu seçkilərdə namizədliyini geri götürməyə çağırıb.
Axar.az xəbər verir ki, bu barədə RİA yazıb.
“Pyotr Alekseyeviç (Pyotr Poroşenko – red.) namizədliyini geri götürə bilər. Ona olan ictimai dəstəyin son göstəricilərini nəzərə alsaq, bu onun üçün sadəcə vaxt itkisidir”, – Timoşenko bildirib.
Qeyd edək ki, Ukraynada martın 31-də prezident seçkiləri keçiriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

