Poroşenkoya qarşı dördüncü cinayət işi açıldı
Ukraynanın keçmiş prezidenti Petro Poroşenkoya qarşı dördüncü cinayət işi açılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə vəkil Andrey Portnov bildirib. Poroşenko bu dəfə “məhkəmə hakimiyyətini qəsbetmə” maddəsi üzrə ittiham olunur.
Portnovun sözlərinə görə, hazırda Poroşenko ilə bağlı 3 ittiham üzrə istintaq işi gedir – dövlətə xəyanət, çirkli pulların yuyulması və vəzifəsindən sui-istifadə etmək. Bundan başqa, ona qarşı daha 10 ittiham aktı hazırlanır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

