“Port Baku”nun yaxınlığında yeni tikilidə yanğın baş verib

Bu gün Bakının mərkəzində – Zərifə Əliyeva küçəsi, 55 ünvanında yerləşən “Yeni Hayat Plaza”da yanğın baş verib.
Virtualaz.org-un əməkdaşları hadisə yerindən xəbər verirlər ki, yanğın binanın 2-3-cü mərtəbələrində başlayıb və sürətlə yayılıb. Binadan 200-ə yaxın insan təxliyə edilib.
Hadisə yerinə üç yanğınsöndürmə briqadası gəlib.
Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
“Yani Hayat Plaza”da yanğına səbəb mebel qutularını daşıyan fəhlələrdən birinin siqaret çəkdikdən sonra kötüyünü qutuya atması olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

