Portuqaliya son dəqiqə qolu ilə qalib gəldi, Türkiyə qələbəni əldən verdi – GECƏNİN NƏTİCƏLƏRİ

Futbol üzrə DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində IV tura start verilib.
İlk oyun günündə 5 qrupda 13 qarşılaşma baş tutub.
A qrupunda yer alan Azərbaycan millisi səfərdə Lüksemburqa 1:2 hesabı ilə uduzub.
Qrupun digər matçında Portuqaliya Ronaldonun son anda vurduğu qolla İrlandiyanı eyni hesabla üstələyib.
Son dünya çempionu Fransa Bosniya və Herseqovina ilə heç-heçə oynayıb – 1:1.
D qrupunda Qazaxıstan və Ukrayna komandalarının duelində də qalib müəyyənləşməyib – 2:2.
G qrupunda mübarizə aparan Türkiyə seçməsi Monteneqronunun müqavimətini qıra bilməyib. Oyunda 2:0 hesabı ilə üstünlük əldə edən Şenol Günəşin komandası son saniyədə rəqibin qoluna əngəl ola bilməyib.
Bu qrupda Norveç Niderlandla bərabərə qalib, Latviya isə Cəbəllütariqi məğlub edib.
DÇ-2022-nin seçmə mərhələsi
IV tur
1 sentyabr
A qrupu
Lüksemburq – Azərbaycan – 2:1
Qol: Mikael Pinto, 8. Jerson Rodrigeş, 28 (penalti) – Emin Mahmudov, 67
Portuqaliya – İrlandiya – 2:1
Qollar: Con Eqan, 45
D qrupu
Qazaxıstan – Ukrayna – 2:2
Qollar: Ruslan Valiullin, 74. 90+6. – Roman Yaremçuk, 2. Danylo Sikan, 90+3
Fransa – Bosniya və Herseqovina – 1:1
Qollar: Antuan Qrizman, 40 – Edin Ceko, 36
F qrupu
Danimarka – Şotlandiya – 2:0
Qollar: Daniel Vass, 14. Yoakim Mehle, 15
Farer adaları – İsrail – 0:4
Qollar: Eran Zahavi, 12. 44. Munas Dabbur, 52
Moldova – Avstriya – 0:2
Qollar: Kristof Baumgartner, 45+1, Arnautoviç, 90+4
G qrupu
Latviya – Cəbəllütariq – 2:1
Qollar: Vladislavs Gutkovskis, 50. 85 – Tjay De Barr, 71
Norveç – Niderland – 1:1
Qollar: Erlinq Holann, 20 – Davy Klaassen, 37
Türkiyə – Monteneqro – 2:2
Qollar: Cengiz Ünder, 9. Yusuf Yazıcı, 31. – Adam Marusic, 40, Radunoviç, 90+7
H qrupu
Rusiya – Xorvatiya – 0:0
Malta – Kipr – 3:0
Qollar: Cain Attard, 44. 54 Joseph Mbong, 46
Sloveniya – Slovakiya – 1:1
Qollar: Petar Stoyanoviç, 42 – Robert Bozenik, 32

