Premyer Liqa klubundan azərbaycanlı futbolçu üçün milyon avro
“Rostov”un Azərbaycan əsilli futbolçusu Ayaz Quliyev yenidən “Spartak”da çıxış edə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, gənc oyunçunun “Rstov”da uğurlu çıxışı Moskva təmsilçisinin onu yenidən heyətə cəlb etmək istəməsinə səbəb olub. Premyer Liqa klubu Quliyev üçün 1 milyo avro ödəməyə hazırdı.
Moskvalılar yarımümdafiəçini son vaxtlar adı qalmaqallarda çəkilən Denis Qluşakovun yerinə almaq istəyir.
Ayaz Quliyev bu ilin yanvarında “Spartak”dan “Rostov”a keçib. Onun Azərbaycanın əsas millisinə cəlb olunması gündəmdədi. Ayaz Rusiyanın U-21 yığmasına dəvət alsa da, A millidə heç vaxt oynamayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

