Prezident 3 xalq artistinə ev hədiyyə etdi
Prezident İlham Əliyev bir müddət əvvəl üç xalq artistinə ev hədiyyə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə saytımıza açıqlamasında xalq artisti Ağaxan Salmanlı məlumat verib.
Xalq artisti qeyd edib ki, ev alanlar siyahısında özü, xalq artisti Səidə Quliyeva və xalq artisti Yasin Qarayev də var.
Ağaxan Salmanlı saytımıza açıqlamasında bildirib ki, evi prezidnet özü onlara hədiyyə edib.

“Evi xeyli müddətdir veriblər.Hazırda mən həmin evdə yaşayıram. Səiqə Quliyeva da qonşumdu. Bizim evimiz Nizami rayonu “Qara Qarayev” metrosunun üstündə, Yasin Qarayevin evi isə avtovağzalın yanındadır. Allah prezidentimizi qorusun. O mədəniyyət adamlarına yaxşı baxır. Təşəkkürümü bildirirəm.”

Qeyd edək ki, bir qədər əvvəl xalq artisti Əjdər Həmidov da mətbuata açıqlamasında prezident lham Əliyevin ona ev verdiyini bildirmişdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22


