Prezident 4 nəfərə “general-mayor” rütbəsi verdi
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamla Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilib:
polkovnik Ağamir Əzizxan oğlu Sultanov
polkovnik Anar Təvəkkül oğlu Kərimov
polkovnik Namiq Sərəfruz oğlu İslamzadə
polkovnik Zaur Sabir oğlu Məmmədov.
XƏBƏR LENTİ
2025/11/19 14:22

