Prezident Binəqədi yollarının təmirinə 8,7 milyon ayırdı
Prezident İlham Əliyev Binəqədi rayonunun bir sıra qəsəbələrinin avtomobil yollarının təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Minval.info xəbər verir ki, sərəncamda deyilir:
1. Bakı şəhəri Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 8,7 milyon (səkkiz milyon yeddi yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
XƏBƏR LENTİ
2025/11/19 14:22

