Prezident bloggerlərlə görüşüb və tənqid etməyə icazə verib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yerli və xarici bloggerlərlə görüş keçirib.
Virtualaz.org yerli KİV-lərə istinadən xəbər verir ki, bu formatda görüş Özbəkistan tarixində ilkdir.
Məlumatda bildirilir ki, ölkə prezidenti bloggerlərlə səmimi söhbət edib və onlarla şəkil çəkdirib.
Görüşdə “son illərdə Özbəkistan dünyaya açıqdır və bütün həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq istəyir. Ən vacibi isə müzakirə və tənqid etmək olar”, – deyə dövlət başçısı söyləyib.

XƏBƏR LENTİ
2025/11/19 14:22

