Prezident icra başçısıyla bağlı sərəncam verdi
Azərbaycan Prezidenti İlham Əliyev sərəncam verib.
Dövlət başçısının imzaladığı sənədə əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Məlumat üçün deyək ki, Lütvəli Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

