Prezident İlham Əliyev Şri-Lankanın dövlət başçısını təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maytripala Sirisenanı təbrik edib.
Minval.İnfo AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Şri-Lanka xalqına sülh və firavanlıq arzulayıram.
XƏBƏR LENTİ
2025/11/19 14:22

