Prezident İlham Əliyev Xətaidə yanğın baş verən əraziyə gəldi – FOTOLAR
Prezident İlham Əliyev Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın baş verən əraziyə gəlib.
Minval.İnfo xəbər verir ki, prezidentdən başqa daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokurorun müavini Rüstəm Usubov da hadisə yerindədirlər və yanğın olan əraziyə baxış keçirirlər.
Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzinin binasında yanğın hadisəsi baş verib. Yanğın söndürülüb. Yanğınla əlaqədar Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə 24 nəfərin meyiti gətirilib. Daha üç nəfər isə tüstüdən zəhərlənib.
Minval.İnfo




XƏBƏR LENTİ
2025/11/19 14:22

