Prezident İlham Əliyev “Yeni Müsavat” media qrupunun 3 əməkdaşını təltif etdi
Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Prezident İlham Əliyev ölkənin kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Musavat.com-un məlumatına görə, sərəncamla Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının fəxri adları verilən jurnalistlərin sırasında “Yeni Müsavat” Media Qrupunun 3 üzvü var.
Belə ki, qəzetimizin baş redaktorunun I müavini Azər Ayxan (Abbasov) və Minval.az saytının redaktoru Tofiqəxanım Qasımova (Nurani) “Əməkdar jurnalist” fəxri adına, “Yeni Müsavat” qəzetinin siyasət şöbəsinin əməkdaşı Etibar Seyidağa isə “Tərəqqi” medalına layiq görülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

