Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirilir.
Minval.info xəbər verir ki, Milli Məclisdə keçirilən andiçmə mərasimində dövlət rəsmiləri, hökumətin üzvləri, deputatlar və Prezidentin ailə üzvləri iştirak edirlər.
Prezident İlham Əliyevi müşayiət edən fəxri kortej Azərbaycan Respublikası Prezidentinin andiçmə mərasiminin keçirildiyi Milli Məclisə yola düşüb.
Ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevin andiçmə mərasimi açıq elan olunub. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi hərarətlə qarşılayıblar.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.

