Prezident Tahir Rzayevlə bağlı sərəncam verdi
Azərbaycan Prezidenti İlham Əliyev Tahir Rzayevlə bağlı sərəncam verib.
Minval.info xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Tahir Musa oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Tahir Rzayev V çağırış Milli Məclisin deputatı olub. Bu il keçirilən parlament seçkilərində də Mərkəzi Seçki Komissiyasının nəticələrinə görə, 82 saylı Ağcabədi seçki dairəsindən lider namizəddir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

