Prezident Vüqar Səfərlinin yerinə onu təyin etdi
Əhməd Məhəmməd oğlu İsmayılov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru təyin edilib.
Minval.info-nun xəbərinə görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Prezidentin digər sərəncamı ilə KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli vəzifəsindən azad edilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

