Prezident xalq artistinin qızını vəzifəyə təyin etdi-Sərəncam

Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorunun təyin edilməsi haqqında sərəncam imzalayıb.
Minval.İnfo Xalq.Az-a istinadən xəbər verir ki, sərəncama əsasən Ceyran Emin qızı Mahmudova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru təyin edilib.
Xatırladaq ki, Ceyran Mahmudova – xalq musiqisi tarixi və nəzəriyyəsi üzrə Bakı Musiqi Akademiyasının müəllimi, professordur.
“Musiqi Xəzinəsi” verilişinin aparıcılarından biri olub.

XƏBƏR LENTİ
2025/11/19 14:22

