Prezidentdən Heydər Əsədovla bağlı SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev H.X.Əsədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Minval.info xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında təhsilin inkişafında xidmətlərinə görə Heydər Xanış oğlu Əsədov “Şöhrət” ordeni ilə təltif edilsin”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

