Prezidentdən Siyavuş Novruzovla bağlı sərəncam
Prezident İlham Əliyev Milli Məclisin deputatı Siyavuş Novruzovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqda sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Siyavuş Dünyamalı oğlu Novruzov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün Siyavuş Novruzovun 50 yaşı tamam olur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

