Prezidentliyə namizəd: “Seçilsəm 5 min məhbusu azad edəcəyəm”
“Prezident olsam siyasi məhbuslara anındaca azadlıq verəcəyəm”
Minval.info xəbər verir ki, bu sözləri prezidentliyə namizəd Razi Nurullayev deyib.
“Yeni Musavat”ın canlı yayımına qonaq olan yeni AXCP-nın sədri, “Cəbhəçilərin təşəbbüs qrupu”ndan prezidentliyə namizəd olan Razi Nurullayev prezident seçiləcəyi halda siyasi məhbuslara azadlıq verəcəyini bəyan edib:
“Siyasi məhbus adlandırılan şəxslərin içərisində dini radikallıqla bağlı həbs edilən insanlar da var. Prezident olsam onların işləri tədqiqata götürülüb, yenidən araşdırılacaq. Prezident olaramsa, 3-cü fərmanım Konstitusiya məhkəməsinin təsdiqindən sonra 5 min məhbusun azadlığa buraxılması olacaq. Onların içərisində siyasi məhbuslar da var”.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

