Professor İlham Rəhimov: “Milyarder olmağı heç zaman arzulamamışam” – MÜSAHİBƏ – FOTOLAR

“Vəzifə xatirinə Azərbaycan vətəndaşlığından imtina etmərəm” 
 
Onu nəinki Azərbaycanda, hətta respublikamızın hüdudlarından kənarda da çox yaxşı tanıyırlar. Elmi fəaliyyətdəki uğurları, müəllifi olduğu çoxsaylı kitabları, iş adamı kimi qazandığı nüfuzu… Onu həm də dünyanın ən böyük ölkələrindən birinin prezidenti olan Putinin 50 illik dostu kimi də tanıyırlar. 

O, Azərbaycanın ən imkanlı insanlarından biridir həm də. Amma buna rəğmən,  nə cah-cəlallı kabineti var, nə də dəbdəbəli ofisi. Çünki göstərişlərdən uzaq, sadəliyi daha üstün tutan Azərbaycan milyarderidir professor İlham Rəhimov. 
 
Həm Yeni il, həm də yeni yaşı ərəfəsində görüşdük onunla. Müsahibədə də hər kəsin bildiyi tərəfləri deyil, həyatının bu zamana kimi bilinməyən məqamlarından danışdıq. 

Minval.info  Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimovun News24.az-a müsahibəsini təqdim edir:
 
– Sizinlə görüşümüz Dünya Azərbaycanlılarının Həmrəylik Günü, Yeni il bayramı və ad gününüz ərəfəsinə təsadüf edir. Hər ilin sonu özünüzə hesabat verirsinizmi? Və 2019-cu ili necə qiymətləndirirsiniz? 

– Təbii, hər bir insan hesabat verməlidir. O cümlədən də, mən. Belə düşünürəm ki, keçmişdə baş verənləri yada salıb düşünmək lazım deyil. Ümumiyyətlə, keçmişdə “bu oldu”, “belə olmamalıydı” və ya “belə olsa yaxşı olar”, “görəsən, belə olacaqmı?” kimi düşünənlər ağılsız insanlardır. Ən ağıllı insanlar bu gün reallıqla yaşayanlardı. Təbiidir ki, insanın mütləq məqsədi olmalıdır. İnsan hansısa bir fəaliyyətlə məşğuldursa, deməli, o, bu işlərə yekun vurmalıdır ki, gələcəkdə bu işlə bağlı başqa planlar da qursun.

– Ötən il həyata keçirmək istədiyiniz, amma reallaşmayan planınız oldumu?

– Ötən il haqda  “çox yaxşıydı” və ya “narazıyam” deyə bilmərəm. Normal qəbul edirəm. Təbii, reallaşmayan bəzi planlarım oldu. Amma 2019-cu ildə həm elm, həm biznes sahəsində planımda nə var idisə, demək olar, 90 faiz həyata keçdi.

– 90 faiz çox gözəl göstəricidir. Bu planların reallaşmasını məhz İlham Rəhimov olduğunuz üçün bacarmısınız? 

– Söhbət mənim elmi fəaliyyətimdən gedirsə, bəli. Yox, əgər biznesdən söhbət gedirsə, o zaman özümü və tərəfdaşlarımı deyə bilərəm.

– Bəs, 2020-ci ildə qarşınızda dayanan prioritet məsələ nədir? 

– Hazırda mənim həyat tərzim iki istiqamətdə davam edir – elm və biznes. Elmlə bağlı 2020-ci ildə planımda yeni bir kitabı yazıb yekunlaşdırmaq var. Bunu çox arzulayıram. Həyatımda ən sevindiyim an kitabım çapdan çıxdığı andır. Yeni çap olunmuş kitabımı əlimə alanda özümü çox xoşbəxt hiss edirəm. Bu il yeni kitabımın yekununu gözləyirəm və onu bitirəcəm. İşlə bağlı Moskvada bir neçə layihələrimiz olacaq.  Bunlarla yanaşı ayrıca çox böyük bir layihəmiz də var ki, onu reallaşdırmağı planlaşdırırıq.

– Yeni il Rusiyada daha təmtəraqlı qeyd olunur, deyirlər. Nə əcəb Yeni ili Moskvada qarşılamadınız? 

– Açığı, təntənəli, təmtəraqlı bayram keçirməyi sevmirəm. Əlbəttə, buna imkanım var. Hətta çoxları məndən nəsə istəyirlər, qalmağa hotel xahiş edirlər, ailələriylə gedirlər. Hələ indiyə kimi kimsə deyə bilməz ki, mən yeni ildə harasa gedib təntənəli və təmtəraqlı qeyd etmişəm. Sakitlik sevirəm.

– Yanvarın 14-də, yəni sabah doğum gününüzdür həm də. Ad günü Sizin üçün nədir və necə qeyd etməyi xoşlayırsınız?  

– Təmtəraqlı ad günü keçirməyi sevmirəm, ona görə də həmin günü sıradan bir gün kimi yaşayıram. Yəni, həmişəki kimi səhər idmanı, yüngül səhər yeməyi… İdman mənim gündəlik həyatımın çox mühüm bir hissəsidir. Bunun ardınca bir neçə saatımı elmə sərf edirəm. Əgər hansısa görüşlərim varsa, ofisə gəlirəm. Axşam da evdə oluram. Zəng vurub təbrik edənlər çox olur. Kimlərsə canlı təbrik etmək istəyəndə bağa gəlirlər. Ancaq təntənəli mərasim təşkil etmək, kimlərisə dəvət etmək… Bunları heç zaman etməmişəm.

“Hər şeyi qurban verməyə hazıram təki həmin vaxta qayıdım”

– Azərbaycanın gözəl guşələrindən olan Tovuzda dünyaya gəlmisiniz. Tovuz Sizin üçün nə anlam daşıyır?  

– Tovuz mənim üçün yurd-yuvadır. 7 yaşıma qədər orda yaşamışam. Uşaqlığımsa Qarabağda keçib, Bərdədə yaşamışıq, orta məktəbə də orda getmişəm. Çox vaxt o illər yadıma düşür… O illər çox gözəl idi. Tam səmimi deyirəm, hər şeyi qurban verməyə hazıram, təki o vaxta qayıda biləydim… Məktəb illərim, uşaqlıq dostlarım…  İndi o dostlarımın əksəriyyətini işə götürmüşəm, yanımdadılar. Həmin dövr həyatımın ən xoşbəxt illəridir.

– O günləri niyə yenidən yaşamaq istəyirsiniz, hansı səbəbdən? 

– Çünki o illərdə səmimi uşaqlıq dostlarım vardı.  Düzdür, indi onların hamısı burdadı,  amma təəəssüf ki, vaxt, zaman, məkan o deyil.

– İlham Rəhimov necə ailədə böyüyüb?

– Birincisi, heç kim heç bir yerdə nə eşidə, nə də oxuya bilməz ki, mən hardasa özümü “milyarder” adlandırım. Deyəm ki, “milyarderəm”, “varlı insanam”. Milyarder olmağı heç arzulamamışam da. Nə hüquq fakültəsində oxuduğum vaxtlarda bunu arzulamışam, nə də oranı bitirəndə gedib hansısa böyük vəzifədə işləyəndə. Sadəcə, tələbə vaxtımdan elmə çox meyilli olmuşam. Tale elə gətirdi ki, ən çox elə elmlə məşğul oldum. O ki qaldı ailəmə,  mən imkanlı ailədə böyümüşəm. Heç zaman çətinliyimiz olmayıb. Kasıblığın nə olduğunu hiss etməmişəm. Ailədə bizə verilən tərbiyənin əsası isə təhsil idi. Bizə yalnız bir yol görünürdü – o da elm. Evdə bizə yalnız “oxuyun” deyilib. Uşaqlıqdan ən çox tarixi əsərlər və fəlsəfə ilə bağlı kitabları oxuyardım. Bunlar da hüquqa bağlıdır. Çoxları dedektiv sevir, amma mən bu janrdakı əsərləri heç zaman xoşlamamıışam. Tarixi əsərləri isə çox sevirəm. Niyə? Məsələn, Aleksandr Makedonskidən kitab oxuyuram. Özümü həmin dövrdə və o tarixin bir parçası hiss edirəm. Əgər insan özünü bu tarixdə yaşamış kimi hiss edirsə, gör, o zaman neçə əsrdir yaşadığını zənn edir?… Söhbət təkcə Aleksandr  Makedonskidən getmir, ayrı-ayrı tarixi dövrləri oxuyanda da eyni hissləri keçirirsən.

– Hansısa tarixi dəyişmək istəyiniz olubmu?  

– Əlbəttə olub. İstənilən tarixi kitabda hansısa bir qəhrəman olur və bütün hadisələr onun ətrafında cərəyan edir. Və sözsüz düşünürsən ki, mən olsaydım bunu elə yox, belə edərdim. Amma sonradan daha dərin analiz edirsən və bu qənəatə gəlirsən ki, belə etsəydi, tarix olmazdı. Çünki o artıq tarixdə elə qalıb.

– Sizcə tarixi saxtalaşdırmaq mümkünsüzdür?  

– Mümkündür və saxtalaşdırırlar da. Alimlərdən biri deyirdi ki, tarix divar saatındakı ox kimidir – istəsən sağa, istəsən sola çəkə bilərsən. Amma zamanı çatanda o ox yenə öz yerini tutur.

“Məcburiyyət qarşısında qalıb Azərbaycandan getmişdim”

– Bizdə hüquq fakültəsində oxuyanların ailəsinin istəyi, təzyiqi ilə bu peşəni seçirlər. Bə siz necə? Bu, öz istəyiniz idi, yoxsa…

– Hüquqşünas olmaq mənim öz seçimim olub. Məktəbdə oxuduğum illərdə humanitar fənnlərə daha çox həvəsim vardı. Amma Leninqradda təhsil almaq valideynlərimin istəyi idi. Mən öz seçimimi açıqlayanda bilmişəm ki, elə valideynlərimin də niyyəti bu olub, daha doğrusu, ögey anamın.  Ögey anam rus idi, Leninqraddan. Bu qərarla bağlı çox fikirləşdim və sonra gördüm ki, düz eləmişəm. Birinci kursda oxuyanda anladım ki, Leninqrad Universitetinin hüquq fakültəsi Sovetlər dövrünün ən məşhur fakültəsi idi. Həmin fakültədə Lenin oxumuşdu, ona görə də burada oxumaq çox böyük uğur və prestij idi.


– Və İlham Rəhimov da orada oxuyub… 

– Niyə Putini demirsiz? (Gülür – Ü.Q) Sonralar mənə aydın oldu ki, ordakı müəllimlər, alimlər, professorlar dünyanın ən tanınmış alimləri, professorlarıdır. Mənim üçün o dövrdə fərqi yox idi, çünki o qədər də müqayisə edə bilmirdim. Qərarım o idi ki, hüquqşünas olmalıyam. Lap Azərbaycanda da ola bilərdim, amma o dövrdə vəzifəli şəxslərin uşaqlarının hüquq fakültəsində oxuması mümkünsüz idi, heç sənədlərini belə götürmürdülər. 1970-ci ildən danışıram. Məcburiyyət qarşısında qalıb Azərbaycandan getdim. Seçim də məhz bu səbəbdən olundu. Evdəkilər dedi ki,  “Leninqrada gedəcəksən”. Təsəvvür edin ki, məktəbi təzəcə qurtarmış yeniyetmə gəncin valieynləri burda qalır, özü isə Leninqrada gedir… İndi kimi görsən, soruşursan harda oxuyursan? Deyir hüquqda. Amma 70-ci ildə Leninqrad Dövlət Universtetinin hüquq fakültəsində təhsil alan yeganə azərbaycanlı mən idim. Qafqaz millətindən ayrı nümayəndə yox idi. Bu faktın özü üzərimə ikiqat məsuliyyət qoyurdu. İndi heç Tovuzda kənddə bilmirlər ki, kim harda oxuyur. O dövrdə isə bütün kənd, rayon, qəhum-əqrəba bilirdi ki, filankəsin uşağı gedib Leninqradda hüquq fakültəsində oxuyur. Bu həm prestij, həm də çox böyük məsuliyyət idi. Ona görə də düşünürdüm ki, yaxşı oxumaqdan başqa çıxış yolum yoxdur. Pis oxusam, universitetdən qovulub Azərbaycana qayıdacam və bununla da hər şey bitəcək…
Məktəbdə, eləcə də universitetdə oxuyan vaxtdan bir şeyi fikirləşirdim – özümü təsdiq etmək. Məqsədim bu idi. Bugünə qədərki həyatımda özümü təsdiq etmək istəyim hər zaman uğurlu olub.  Hesab edirəm ki, özünü təsdiq etməyi qarşısına məqsəd qoyan insan mütləq nailiyyət qazanacaq.

– Hüquqşünas kimi indiyədək bir çox insanların haqqını qorumusunuz. Nə zamansa kiminsə hüquqlarını müdafiə etməkdə çətinlik çəkmisinizmi? 

– Əlbəttə, olub. Mən hüquq-mühafizə orqanlarında, Ədliyyə Nazirliyində 16 ildən çox müxtəlif vəzifələrdə işləmişəm. Elə olub ki, öz tabeliyimdə olanların hüquqlarını müdafiə eləmişəm. Ədliyyə Nazirliyinin 9 il “partkom”u olmuşam. “Partkom” da insanların hüquqlarını kimdən qorumalıdır? Nazirliyin rəhbərliyindən. Mən həmişə onları müdafiə etmişəm, indi də onlar arasında yaşayanlar var və onlar bunu bilir. Onlara qarşı ədalətsiliyi heç zaman qəbul etməmişəm və məhz bu səbəbdən də mübarizə aparmışam.

– Ədalətsizliyi sevmirsiniz? 

– Qətiyyən. İnsan anadan olandan o ədalətli yaranır. Sonra isə həyat, cəmiyyət, ətraf o insanın daxilindəki ədalət hissini, prinsiplərini dəyişə bilər. Amma prinsip etibarı ilə bütün insanlar ədalətlidir.

“Mənə dostlarım, müəllimlərim və düşmənlərim yardımçı olub”

– Siz fəaliyyətinizə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutundan elmi işçi kimi başlamısınız. Və sonradan fəaliyyətinizdəki pillələrin sayı artıb. Bu pillələri qalxmaqda İlham Rəhimova kimlərsə və ya nələrsə yardımçı olubmu?  

– Hər şeydən əvvəl Allaha minnətdaram, ikincisi xasiyyətimə. Mən uşaqlıqdan psixoloji çətinliklər görmüşəm. 7 yaşından ögey anayla böyümüşəm.  Bu, istənilən insana təsir edir, o ki qaldı 7 yaşında uşaq ola. O vaxtdan artıq başa düşmüşəm ki, mən öz-özümü təsdiq etməsəm, güclü xarakterim olmasa heç nəyə nail ola bilmərəm. Mən həm də çox dözümlü və səbirli insanam. Bir işi başladımsa, mütləq axıra çatdırmalıyam. Heç bir işi yarı yolda qoymuram. Mənə dostlarım, müəllimlərim və düşmənlərim yardımçı olub. Bəli, düşmənlərim də. Onlar məni möhkəmləndirib.

– Ananızı 7 yaşında itirmisiniz?  

– Xeyr, anam sağ idi, amma atam ikinci dəfə ailə qurmuşdu. Anam 91 yaşında rəhmətə gedib. Atam belə qərar qəbul elədi ki, mən ögey ana yanında böyüməliyəm. Onda uşaq idim və qərarları mən vermirdim. Həyat belə gətirib. 7 yaşından Tovuzdan Bərdəyə köçmüşəm və orda yaşamışam. Həmin yaşda belə şeyləri bir o qədər anlamırsan, amma sonradan xatırlayırsan. Anamı tez-tez gedib görürdüm. Uşaqlığımın əsas illəri atamın ailəsiylə keçib. Amma bu o demək deyil ki, anamla əlaqəm olmayıb.

– Bildiyimizə görə, atanız, mərhum Məmmədhəsən müəllim insanlara çox xeyirxahlıq edib.

– Atamın  xeyirxahlığını çox görmüşəm və yaxşı xatırlayıram. Bizi də elə tərbiyələndirib. Amma mən onun qədər ola bilmərəm.

– Siz də bu gün Tovuzda bir çox ailələrə dəstək olursunuz. 

– Təkcə Tovuzda yox, məktəbə getdiyim, böyüdüyüm, çoxlu uşaqlıq dostlarımın olduğu Bərdədəki bir çox insanlara indi də köməklik edirəm.

“Azərbaycanda insanlara yararlı bir layihə olsa, məmnuniyyətlə razılaşaram”

– Bu gün Rusiyada çox böyük bir iş adamısınız. Niyə bu işin analogiyasını Azərbaycanda həyata keçirmirsiniz? Sizə Azərbaycanda iş qurmağa nə mane olur?  

– Azərbaycanda iş görənlər çoxdur. Onların çörəyinə şərik olmaq düz çıxmaz axı… Bu da var, ayrı səbəblər də. İnsan hansı sahədə pul qazanırsa, çalışmalıdır yatırımı da ora qoysun. Amma onun qazancını, pulunu öz vətənində xərcləyə bilər. İnvestisiyanı artırmaq məqsədi ilə bu belə olmalıdır. Harda sən pul qazanırsan, harda iş yerin var, ora öyrəşirsən, oranın atmosferini bilirsən. Amma buna baxmayaraq, Azərbaycanda, Bakıda elə bir layihə olsa, bilsəm ki, onun insanlara, soydaşlarıma xeyri olacaq, təbii ki, orda iştirak edərəm.  Belə təkliflərə, əlbəttə ki, açığam. Elə bir şey olsa, məmnuniyyətlə razılaşaram.

– Siz Azərbaycan, ya Rusiya vətəndaşısınız? 

– Rusiya vətəndaşı olmaq imkanlarım çoxdur. Amma Azərbaycanı çox sevirəm və ona görə də buranın vətəndaşıyam. Yeri gəlmişkən, bir çox insanların Rusiya vətəndaşlığı almasına mən kömək etmişəm.


– Sizə Rusiyada vəzifə təklif olunub? 

– Bəli, təklif olunub. Amma vətəndaşlığa görə qəbul eləməmişəm. Bu faktdır!

– Amma çoxları bu təkliflə düşünmədən razılaşardı…    

– Düzdür, razılaşardı, bu sözünüzlə razıyam. Mənə belə təkliflər 2000-ci ildə olub. Daha doğrusu, 1999-cu ildə. O vaxt buna razılıq vermək olardı. Həm də çox böyük vəzifələr idi, amma bir fakta görə etiraz elədim. Mənə təklif olunan dövlət məmurluğu görəvi üçün Rusiya vətəndaşlığı şərt idi.
Bəziləri buna belə don geyindirirdilər ki, guya mənim  Azərbaycanla bağlı siyasi planlarım və iddialarım olduğu üçün Rusiya vətəndaşlığını qəbul etmirəm. Amma həyat və zaman bunun belə olmadığını göstərdi. Azərbaycanda da mənə vəzifələr təklif olundu, amma mən ona da razı olmadım.

– Bəs, Azərbaycanda təklifləri dəyələndirməmənizin səbəbi nə idi? 

– Bayaq dediyim kimi, uzun illər dövlət işində çalışmışam və onun nə demək olduğunu bilirəm. Sonra bir müddət ki, heç bir vəzifədə işləmədim, bax, onda həyatın gözəlliyinin, sərbəstliyinin, azadlığın nə olduğunu anladım. Sərbəstlik, azadlıq, heç kimə tabe olmamaq necə də qiymətlidir. Hansı vəzifədə olursan ol, azadlığını itirirsən. Deyirik, qulluq, dövlət qulluğu. Bu nə deməkdir? Bu o deməkdir ki, sən kiməsə tabesən,  azadlığını itirirsən.

– Azadlığınızı vəzifəyə qurban verməmisiniz. 

– Heç bir vaxt. Heç bundan sonra da vermərəm. O özgürlüyün nə demək olduğunu bilmək üçün gərək uzun müddət vəzifədə işləyəsən, məmur olasan, sonra isə bu məsuliyyətdən, yükdən azad olasan. Məhz o zaman azadlığın qiymətini anlayırsan. Mən bunu yaşadım və gördüm. Siz bilirsiniz, bizdə bir müddət vəzifədə işləyib sonra işdən çıxanlar ruhdan düşürlər, xəstələnirlər, nəylə məşğul olacaqlarını bilmirlər. Mən vəzifədən öz istəyimlə çıxmamışdım, çıxarılmışam. Ekspertiza İnstitutunun direktoru işləyirdim, o zaman məni  qanunsuz olaraq işdən çıxarmışdılar. Həmin vaxt elə bildim, dünyanın axırıdır. O vaxt artıq professor idim. Onda anladım ki, dövlət işində olmasam da, professor kimi gedib hardasa dərs deyəcəm. Elə də oldu. Bir müddətdən sonra heç heyfslənmədim. Hər şeyi necə var, elə də qəbul elədim. Ümumiyyətlə, insan taleyində baş verən hadisələri çox soyuqqanlı qəbul etməlidir. Artıq bir hadisə oldusa oldu və sən onu geri qaytara bilmərsən. Onun üçün də heyfslənmək, dərd eləmək, ağlamaq, özünü öldürmək, bunlar hamısı boş şeylərdir. Heç bir vaxt gedib kiməsə ağız açmamışam ki, məni bu vəzifədən başqa vəzifəyə keçirin. Ümumiyyətlə, o dövrdə belə şeylər az olurdu. Biz nə qədər istməsək də, tənqidi yanaşsaq da, o dövrdə fəaliyyətini görüb səninlə bağlı müəyyən qərarı verirdilər. Əvvəllər elə idi, indi elə deyil. Ədliyyə Nazirliyinin ən böyük idarəsinin rəisi idim. Təbiidir ki, özüm də anlayırdım ki, ömürlük burda otura bilmərəm və nə zamansa işim dəyişəcək. O zaman “partkom” idim, məni Mərkəzi Komitəyə işə dəvət edə bilərdilər. Ora aparmasalar da, Ədliyyə nazirinin müavini ola bilərdim. Bunlar hamısı təbiidir. Açığı, Allah məni işdən çıxaran Ədliyyə nazirini əvəz edən Südabə Həsənovadan razı olsun. Yaxşı ki, o vaxt elə edib. Əgər məni işdən çıxarmasaydı, yəqin ki, hələ də orda idim. Məndən sonra, 1996-cı ildə ora gələn hələ də orada işləyir. İşdən çıxarılmasaydım, mən hələ də elə o kabinetdə və o işdə idim. İndi düşünürəm ki, nə yaxşı hər şey belə oldu. Rusların bir sözü var: “net xuda, bez dobra”, yəni şər deməsən, xeyir gəlməz. O sözə qüvvət.  

– Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Deyirlər, tovuzlular sizin millət vəkili olmağınızı istəyirlər. Siz necə, deputat olmağı düşünürsünüz? 

– Onların müraciətindən əvvəl “Deputat olmaq istəyirsinizmi?” sualına “belə bir fikrim yoxdur” deyə cavab vermişdim. Bir də demişdim, bunun üçün iki şərt var. Görsəm ki, o şərtlərin ikisi də var, o zaman  razı olaram. Hələ vaxt var və mənim hansı qərarı verəcəyimi bilmək üçün o iki şərtlə tanış olmalısınız…

“Deputat olan şəxs “bəli, baş üstə” sözlərindən istifadə etməməlidir” 

– O şərtlər nədir? Ümumiyyətlə, sizcə, deputat nəyi bacarmalıdır və necə insan olmalıdır? 

– Birincisi, dünya təcrübəsində də belədir ki, deputatlar əksər hallarda hüquqşünaslar olur. Ona görə ki, parlament qanunvericilik orqanıdır. Deməli, hüquqünaslar çox olsa, daha yaxşı olar. İkincisi, parlamentin əsas funksiyalarından biri də büdcəyə nəzarət edib, onu təsdiqləməkdir. Deməli, orda iqtisadçılar da olmalıdır. Əgər effektli parlament istəyiriksə, bu iki kateqoriyaya aid şəxslər parlamentdə daha çox olmalıdır. Bu o demək deyil ki, hər hüquqşünas və ya iqtisadçı elə deputat ola bilər. Təbiidir ki, deputat intellektli, çox sərbəst, öz sözünü deməyi bacaran şəxslər olmalıdır. Həmişə “baş üstə”, “bəli” sözlərindən zəhləm gedib. Və çox gözəl olardı ki, deputat olan şəxs “baş üstə” sözünü ümumiyyətlə istifadə etməsin. Heç kim deyə bilməz ki, indiyədək mən kiməsə “baş üstə” demişəm. Mən Ədliyyə Nazirliyində –  işləyən dövrdə keçmiş Ədliyyə naziri var idi, Nəriman Yusifov,  bu yaxınlarda rəhmətə getdi, yaşı 90-ı keçmişdi. O məni nazirliyə dəvət edib şöbə müdiri qoydu. Artıq bir neçə gün idi işləyirdim, Nəriman Yusifov da uzun müddət Moksvada Kremldə işləmişdi. Nazirlə birbaşa telefon əlaqəsi vardı. Bir dəfə zəng gəldi, dedim bəli. Sonra mənə bir neçə tapşırıq verdi, mən də dedim “baş üstə”. Dərhal dedi, “dur, gəl bura”. Mən 3-cü, o isə 2-ci mərtəbədə otururdu. Düşdüm otağına, gənc oğlan idim. Dedi, bir müddətdir işləyirik, sənin işindən razıyam, xasiyyətin də xoşuma gəlir, amma bir də səndən “baş üstə” sözünü eşitsəm, daha səninlə işləməyəcəm. Təkcə mən yox, sənə birinci katib belə zəng etsə, ona da “baş üstə” desən, səninlə qurtardıq. Mən o zamandan “baş üstə” sözüylə qurtarmışam. Sonra müxtəlif nazirlərlə işlədim, o sözü bir daha işlətmədim. Nəsə tapşırıq verilirdi, deyirdim bir saata hazırdı…

Müsahibənin II hissəsi sabah, yanvarın 14-də məhz professorun doğum günündə yayımlanacaq. Bir çox maraqlı sualların cavabı növbəti hissədə dərc olunacaq.






Müsahibə, Vacib

Nəşr edilib: 2020/01/13 15:02

Baxış:1114


XƏBƏR LENTİ

2020/06/03 21:05

2020/06/03 21:03

2020/06/03 21:02

2020/01/13 15:02

2020/06/03 20:21

2020/06/03 20:12

2020/06/03 18:55

2020/06/03 18:49

2020/06/03 18:26

2020/06/03 18:25

2020/06/03 18:24

2020/06/03 16:55

2020/06/03 16:16

2020/06/03 16:10

2020/06/03 16:03

2020/06/03 14:56

2020/06/03 14:50

2020/06/03 14:43

2020/06/03 14:33

2020/06/03 14:14

2020/06/03 14:13

2020/06/03 14:05

2020/06/03 12:59

2020/06/03 12:47

2020/06/03 12:29

2020/06/03 12:26

2020/06/03 12:15

2020/06/03 11:11

2020/06/03 10:55

2020/06/03 10:44

2020/06/03 10:30

2020/06/03 10:18

2020/06/03 10:04

2020/06/02 18:06

2020/06/02 17:59

2020/06/02 17:40

2020/06/02 17:38

2020/06/02 17:37

2020/06/02 17:31

2020/06/02 17:27

2020/06/02 16:44

2020/06/02 16:43

2020/06/02 16:41

2020/06/02 15:12

2020/06/02 15:04

2020/06/02 14:32

2020/06/02 14:00

2020/06/02 13:01

2020/06/02 12:47

2020/06/02 12:31

Американский бунт, бессмысленный и беспощадный

В 1972 году в СССР увидела свет книга Б. Стрельникова и И. Шатуновского «Америка справа и слева», написанная «по следам» знаменитой «Одноэтажной Америки» Ильфа и Петрова. Где, в числе прочего, был и такой отрывок: «Мы были в Нью-Йорке, когда стало известно о расстреле оккупантами вьетнамских крестьян в деревне Сонгми. В вагоне нью-йоркской подземки мы видели американца, наверное, только что купившего газету. Он развернул ее и оторопел. Растерянно он переводил взгляд от портретов экипажа «Аполлона-12» к портрету лейтенанта Колли (Келли — Minval.az). Триумф и несмываемый позор. И то и другое — Америка». Вот и на сей раз на страницах СМИ репортажи о старте космического «Дракона» Илона Маска соседствуют с «горячей картинкой» из американских же городов — с полицейскими автомобилями, «наезжающими» на толпу, с пылающими зданиями полицейских участков и кадрами откровенного грабежа магазинов. Можно, конечно, восстановить хронологию событий. 25 мая житель Миннеаполиса, темнокожий Джордж Флойд расплатился в магазине, как показалось продавцу, поддельной купюрой — а это в США более чем серьезное преступление. Продавец вызвал полицию, к тому же ему показалось, что Флойд был нетрезв. В сети уже есть видеокадры, из которых следует, что Флойд сопротивлялся «копам», когда его пытались усадить в полицейский автомобиль, а в таком случае американские правоохранители действуют «по жесткому сценарию». Затем в сеть попали уже другие кадры, где полицейский Дерек Шовин давит Флойду коленом на шею, не обращая внимания на слова задержанного, что он задыхается. Через несколько часов Флойд умер в больнице, Шовин был отстранен от службы и арестован по обвинению в убийстве по неосторожности, но это уже не помогло. Сначала беспорядки охватили Миннеаполис. Сегодня, как подсчитала The New York Times, беспорядки охватили 140 городов. В 15 штатах и столичном округе Колумбия на улицы вышла Национальная гвардия. Более того, в 40 городах, в том числе в Лос-Анджелесе, Сан-Франциско, Денвере, Атланте, Чикаго, Детройте, Филадельфии и Далласе, введен комендантский час. Под огонь уже попадали журналисты, в частности, съемочная группа «Немецкой волны», и ОБСЕ высказала по этому поводу свою обеспокоенность, что уже само по себе невиданное дело. Президент США Дональд Трамп уже провел несколько часов в бункере, когда демонстрации бушевали прямо у стен Белого дома. А затем пообещал бросить тяжело вооруженные армейские спецподразделения для усмирения беспорядков и пригрозил губернаторам штатов и городов, что если они не могут проявить должную решимость и взять под контроль ситуацию на улицах, то он сделает это сам…Сценарий, оставляющий стойкое ощущение «дежавю»: точно так же развивались события в тех же США в августе 2014 года, когда патрульный полицейский Даррел Уилсон застрелил темнокожего Майка Брауна — с беспорядками, обвинениями полиции в «белом расизме» и т.д. И самое главное, потом, после долгих расследований, несмотря на все давление общественности, жюри присяжных пришло к выводу, что полицейский действовал правильно, а Майкл Браун вел себя агрессивно — в общем, «по уставу — правильно стрелял». Были беспорядки 2011 года в Лондоне, вспыхнувшие после того, как полиция застрелила местного наркодилера. Были волнения в «нефранцузских» пригородах крупнейших мегаполисов Франции… Список можно продолжать до бесконечности, и везде сценарий похож до наваждения: сначала — инцидент, после которого есть основания обвинить полицию в произволе и расизме, затем — шумные митинги под требованиями правосудия, с напоминаниями, что жизни «черных» и «белых» должны иметь одинаковую ценность…Но затем все «сваливается» в уличные беспорядки, поджоги и, главное, погромы и грабежи магазинов. А главным лозунгом становятся уже не красивые либеральные идеи, а что-нибудь попроще — вроде грабежа «жирных котов», то бишь богачей. И где «под раздачу» попадают не миллионеры, а владельцы мелких магазинчиков и лавочек, просто попавших под руку, автомобилей, припаркованных на пути протестующих, и т.д. Что уже мало напоминает мирный протест. И полиция, кстати говоря, тоже далеко не всегда ведет себя с протестующими «на вы», и это еще мягко сказано: социальные сети и СМИ переполнены видеокадрами, где полицейские автомобили наезжают прямо на толпу демонстрантов, где протестующие в прямом смысле остаются под копытами лошадей конной полиции и т.д. Здесь, конечно, огромное поле для комментариев и анализа. Можно вспомнить, вернее, припомнить, что 2020 год — выборный, что Трампа и его сторонников-республиканцев по традиции обвиняют в расизме, начать подробно анализировать, к республиканцам или демократам принадлежат губернаторы и мэры городов, охваченных сегодня беспорядками. Можно даже выстроить конспирологическую теорию, вспомнить, как Синклер Льюис в своем романе «У нас это невозможно» описал становление в США фашистской диктатуры, а затем пугать слабонервных читателей: вот сейчас злыдень Трамп введет войска в те мегаполисы, где его не любят, и тогда американской демократии придет конец. Но, возможно, куда важнее другое. В двадцатые годы многие были убеждены: необходимо дать максимальную свободу частному предпринимательству, частной инициативе, бизнесу и торговле — и все проблемы будут решены сами собой, рынок способен отрегулировать все и вся. Но очень скоро «Великая депрессия» показала: рыночной стихии еще недостаточно. И нужно государственное регулирование. И точно так же еще недавно нас всех старательно убеждали: главное — это создать демократию, «прозрачность», гражданское общество — и все мыслимые и немыслимые проблемы будут решены. Но теперь мир переживает очередное разочарование. Как сквозь зубы признают даже самые горячие поклонники «лучших домов Парижа», эпидемия COVID-19, кроме всего прочего, еще и доказала, что далеко не во всех европейских странах система здравоохранения и механизм принятия решений в этой самой системе действовали и действуют на должном уровне. А каждая такая волна беспорядков — она тоже, как бы это повежливее и помягче, заставляет усомниться в универсальности постулата «вот надо сделать настоящую демократию и защитить права человека — и все проблемы разом исчезнут». А теперь нынешние беспорядки, охватившие города в США, показывают: в такой стране, как США, с глубочайшими — без малейшей иронии! — демократическими традициями, в государстве, которое не без оснований считается родоначальником современных демократических традиций, существует такое неприятное явление, как полицейский произвол. И это не только не оправдавшиеся обвинения в случае с Майком Брауном и пока еще продолжающееся расследование обстоятельств гибели Джорджа Флойда — это прежде всего тот самый «жесткий разгон» протестующих. Более того, если обратить внимание, с какой скоростью «вспыхивает» страна после каждого такого инцидента — это уже само по себе дает информацию к размышлению и об уровне расизма в США. Где, напомним еще раз, веру о «расовой» подоплеке в первые часы никто даже не пытается опровергнуть или хотя бы поставить под сомнение. И самое главное, в богатых и благополучных США такой протест, поддержанный «болтающим классом», слишком уж быстро «съезжает» на откровенное мародерство и грабеж магазинов. Нет, конечно, это вряд ли повод вопить о «конце либеральной идеи», да и фраза «зато у вас линчуют черных» не зря стала мемом еще в годы существования реального и законодательно закрепленного расизма в США. Но уже нет сомнений в том, что американская модель демократии еще не гарантирует решения всех проблем разом, и это как минимум заставляет усомниться в «универсальности» многих политических рекомендаций made in USA, особенно тиражируемых разнообразными НПО. А еще интересно, как быстро кадры жесткого разгона протестующих в США будут «подаваться» в соцсетях как якобы снятые на улицах Баку. Тем более что с разгоном митингов в Брюсселе такой прецедент уже был. Нурани, политический обозреватель

Армения предъявила территориальные претензии Азербайджану, Турции, Грузии и Ирану

Легальной купли-продажи квартир в СССР, как известно, не существовало. А вот квартирное мошенничество было на уровне «мама не горюй». Особенно при «многоступенчатых» обменах жилой площади. Бывали и более простые случаи: квартиры, предоставленные по закону одним, «нахрапом» занимали другие. Только вот умные и знающие люди предупреждали: это только кажется, что таким способом можно без труда заиметь вожделенную квартиру. На самом деле из такой вот незаконно захваченной квартиры в любую минуту можно вылететь. В лучшем случае — на улицу. В худшем — в тюрьму. А уж если продолжать такого рода мошенничество — тогда вероятность, что «размотают всю цепочку» и припомнят грехи, «плюсуется» многократно. Со всеми вытекающими. Сегодня уже квартиры стали объектом вполне законной купли-продажи, мошеннические схемы изменились, но правило «сколь веревочке не виться» продолжает действовать. А теперь эта последовательность событий разворачивается в отношении даже не шайки «квартирных мошенников», а целой страны, пусть и «форпоста» — Армении. Где самым внимательным образом ознакомились с недавним «программным» выступлением президента Азербайджана Ильхама Алиева на открытии жилого комплекса «Гобу Парк — 3» для вынужденных переселенцев, где глава государства, кроме всего прочего, еще и напомнил, что нынешняя столица Армении — это древний азербайджанский город Иреван, который ей уступили на переговорах в 1918 году. Вряд ли в Армении об этом не знали или забыли. Недавно в Интернете и социальных сетях широко разошелся «видеопост» Ильи Варламова, где сотрудница иреванской мэрии признает, что в этом городе в начале ХХ века армяне не жили. Важно другое: Азербайджан напоминает об этом неудобном «историческом бэкграунде» в то время, когда Армения предъявляет претензии на земли практически всех своих соседей по периметру. Так, на днях СМИ Армении подробно осветили инцидент во время протестов, охвативших американские города: под шумок в Денвере, штат Колорадо, неизвестные вандалы прошлись аэрозольным баллончиком с краской по установленному в городе хачкару в честь «жертв геноцида армян», добавив еще пару «комплиментов» полицейским. В Иреване тут же заголосили: оказывается, «памятник является копией 3000-летнего хачкара из легендарного кладбища Джульфа, расположенного в Нахичеванской автономии Азербайджана и разрушенного в 2005 году». Вышло, правда, на уровне «армянского радио»: каким-то непонятным образом «христианский камень-крест» имеет 3000-летнюю историю, тогда как христианство существует никак не больше 2 тысяч лет, и можно ли в таком случае верить всем остальным «байкам из склепа» по поводу мифического «разрушения армянского кладбища». Но притязания на Нахчыван обозначены четко. Более того, издания, имеющие неофициальный статус пашиняновских «рупоров», публикуют карту, где Нахчыван «включен» в территорию Армении, рядом изображен весьма обширный «Арцах», превосходящий по площади ныне оккупированные Арменией земли, нарисован «Аварстан», «Цахур-Лезгистан», «Талыш-Муганская республика», а на Абшероне красуется некая «Бакинская конфедерация». Можно, конечно, отмахнуться, но «на языке», то бишь на сайте, этого медиа-органа появляется именно то, что «на уме» у Пашиняна и его ближнего круга. Так что эта карта позволяет судить о масштабе притязаний Армении на земли Азербайджана: то, что Иреван патронирует и боевиков «Садвала», и персон вроде Аликрама Гумбатова, уже ни для кого не секрет. И не только Азербайджана, кстати говоря. Турецкая Восточная Анатолия, которую здесь мечтают превратить в «Западную Армению» — это уже классика жанра. Грузинская Джавахетия — тоже. До последнего времени единственной страной, к которой у Армении не было гласных территориальных претензий, оставался Иран. Во-первых, границу с ним эта страна обрела только после того, как ей был подарен Зангезур, а во-вторых, и «в-главных», у Армении с Ираном нежная дружба и тесное сотрудничество, в том числе в деликатных сферах. Но на той же карте «язык» мифической «Талыш-Муганской республики» уже захватывает и иранскую территорию. Да, пока здесь Иреван прячется за Гумбатова и его предшественников, но не исключено, что это начало и «пробный шар». Тем более что небезызвестный Дмитрий Киселев, комментируя в очередной раз слухи о возможных ударах США по Ирану, заявлял в эфире своих «Вестей недели»: «В Иране и уникальные армянские святыни. Например, в долине реки Аракс — монастырь Святого Степаноса, IX век. Или монастырь Святого Фаддея, VII век». И вряд ли стоит напоминать, как при помощи таких «армянских святынь» в кавычках и без Армения продвигает свои территориальные притязания к соседям. Понятно, что в Иреване рассчитывали и рассчитывают на поддержку Москвы, только вот, во-первых, сегодня у Кремля предостаточно забот и проблем, так что в решающий момент ему может оказаться просто не до проблем своего «недофорпоста». А во-вторых, на фоне таких территориальных аппетитов Иревана практически все страны — соседи Армении имеют основания видеть в ней прямую и явную угрозу для себя. А это не только меняет для Азербайджана масштабы той операции, но и заметно смещает «дипломатические акценты». И вот тут уже весьма зыбкие, и это еще мягко сказано, права Армении на земли Иреванского ханства, захваченный у Азербайджана Зангезур и у Грузии — Лори могут получить совсем другое прочтение. Потому что силовая перекройка границ — процесс обоюдоострый. Нурани, политический обозреватель

Ильхам Алиев закрыл вопрос Нахчывана

В Армении слова президента Ильхама Алиева о том, что во времена Гейдара Алиева армяне в Карабахе «не смели даже поднять голову», произвели эффект землетрясения. Оно и понятно почему. Сильная власть в Баку всегда начисто отвергала всякие проявления самодеятельности и вседозволенности. Стоило  Гейдару Алиеву уехать в Москву на повышение, как враждебные силы нашли бреши в системе защиты республики от враждебных проявлений. В самом деле, Гейдар Алиев перманентно был сильным началом во власти, отвергая все попытки случайных стараний расшатать ситуацию. Его временное отсутствие в Азербайджане и привело к тому, что нечисть проявила свою разрушительную сущность. Впрочем, это уже история. Воспоминания о Гейдаре Алиеве в Азербайджане всегда и непременно вызывают ощущения гордости и уверенности, силы и веры в себя, и иного не дано. Сегодня армяне говорят о судьбе Нахчывана, как о цели, которая вполне достижима. Но предающиеся сладострастным настроениям ненасытные соседи забывают, что Гейдар Алиев впервые поднял флаг свободного Азербайджана в Нахчыване в бытность еще СССР, продемонстрировав всем, что волю к свободе, веру в свои возможности невозможно победить. Флаг свободы был поднят в горниле предательств и интриг, и признанный лидер смог сделать то, чего до него никто в СССР не смог себе позволить, и это доказанный факт. Армяне сегодня задаются вопросом – зачем Ильхам Алиев вспомнил о флаге, поднятом великим отцом в Нахчыване. Случайно ли это? Конечно же, нет. Нахчыван – это древняя обитель Азербайджана, где нет отметин низости и фальши. История древней азербайджанской земли – это хроника побед и мужества, чести и достоинства, где нет места кривотолкам и сомнениям. Нахчыван никогда не был другим, кроме как азербайджанским, и так будет в будущем, потому Ильхам Алиев выносит тему за скобки актуальности. То, что не вызывает сомнений, не обсуждается. И причем здесь проблема региональной безопасности, которую пытаются внести в повестку армянские модераторы алогизмов?! Политические бонзы Армении сегодня пытаются засорить актуальную повестку вопросом прав на Нахчыван, не понимая, что навлекают на себя неподъемные проблемы. Тут впору вспомнить о размытом сознании армян, которые навлекают на себя новые трудности в условиях острого дефицита, неустроенности и безденежья. Неужели им непонятно, что не имеет смысла решать уже решенные проблемы?! Неужели не хватает ума и мудрости, чтобы не отвлекаться на вымышленные проблемы?! Региональный военно-политический статус-кво ожидает остаточного исправления, и связано это не с Нахчываном, а с Карабахом, который находится во временном подчинении оккупационного сепаратистского режима, подпитываемого из Иревана. Министр обороны Азербайджана Закир Гасанов сегодня докладывает Верховному главнокомандующему об оперативной ситуации на передовой без прикрас. Апрель 2016 года – это не только точка отсчета, а смысл всей военно-политической ситуации, которая не нуждается в оправдании. Удар по Армении в Карабахе, оказавшись ощутимым и поучительным, похоже, ничему не научил противника. Раз Армения не поняла сути происшедшего, значит, нужен еще один внушительный месседж. В чем была суть апрельской кампании 2016 года? В том, что времена изменились, и никогда более алчный враг не сможет третировать Азербайджан, который взял на себя миссию лидера региона. Доподлинно известно, что если бы не вмешательство сторонних сил, восклицательный знак в карабахской теме, о которой решительно высказался президент Ильхам Алиев, давно бы имел де-факто олицетворение. Но его никто не отменял, и он обречен найти вещественное обозначение на фактуре проблемы. В условиях, когда сильная сторона ставит задачу, они никогда от нее не отказывается, и добивается ее выполнения. Идея мира и согласия с армянским сегментом региона имеет право на существование, но только после того, как восстановится справедливость и порядок в регионе, когда территориальная целостность Азербайджана, подпадающая под требования международного права, будет разрешена. Иного стечения обстоятельств не будет. Вооруженные силы Армении никогда более не смогут застолбить за собой роль определяющего фактора, и сомнений в этом быть не может. Если кто-то в Иреване вознамерится доказать обратное, сильно об этом пожалеет. Сила, разрушительный потенциал и маневренность на сегодня – это есть показатели самой сильной военной дружины региона, которую олицетворяет потенциал Азербайджана. Все остальное, что не стыкуется с доказанным постулатом, есть не более, чем пустые фигуры речи. Тофик Аббасов, аналитик