Professor İlham Rəhimovdan hadisə kimi müsahibə, sensasional açıqlamalar

“Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə gəlib çatmasında gecikmişdik”

Azərbaycanın Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov bir neçə gün əvvəl Tovuz rayonunun Ağdam kəndində Tovuz hadisələrinin ilk şəhidlərindən olan Elşad Məmmədovun ailəsini ziyarət edib. 

Daha əvvəl xəbər verdiyimiz kimi İlham Rəhimov şəhidimizin övladı Məhəmmədi himayəyə götürüb. Şəhidimizin atası Dönməz Məmmədovla söhbəti zamanı professor Rəhimov onun problemlərini dinləyib, ehtiyacları ilə maraqlanıb.

İlham Rəhimov Ağdam kəndində olan zaman “Yeni Müsavat” Media Qrupunun reportyorları da sərhəd bölgəsində idilər, Tovuzdakı son durum, sakinlərin əhval-ruhiyyəsi, düşmən təxribatı zamanı dağılmış evlərin təmir-tikintisi ilə bağlı materiallar hazırlayırdılar. Məlum hadisələrdən sonra ilk dəfə doğma yurduna gələn İlham Rəhimov əməkdaşlarımızın suallarını da cavablandırıb.

Professor İlham Rəhimov Tovuz hadisələri ilə yanaşı, Türkiyə-Azərbaycan münasibətlərini də şərh edib, həmçinin mətbuatda barəsində yazılan bir sıra məlumatlara aydınlıq gətirib.

– İlham müəllim, bu günlərdə Tovuzun Ağdam kəndində Tovuz hadisələrinin ilk şəhidlərindən olan baş əsgər Elşad Məmmədovun himayəyə götürdüyünüz 10 aylıq övladı Məhəmmədlə və digər ailə üzvləri ilə görüşdünüz. Bu, məlum döyüşlərdən sonra Tovuza ilk gəlişiniz idi, yerli sakinlərlə də görüşünüz oldu. Onlarla təmasdan hansı təəssüratlarınız var, əhalinin müharibə ilə bağlı əhval-ruhiyyəsi necədir?

– Tovuz müharibəyə, müharibə şəraitinə artıq öyrəşib. Hələ 1990-cı ilin əvvəllərindən xatırlayıram ki, Tovuz necə çətin günlərdən keçib. Həmin illərdə ermənilər Tovuzun nəinki sərhədyanı kəndlərini, hətta mərkəzini atəşə tuturdular. Yaxşı yadımdadır, o zaman 15 yaşlı bir yeniyetmə qohumum da şəhid olmuşdu. Elə vaxt olurdu ki, Tovuzu günlərlə, davamlı olaraq atəş altında saxlayırdılar. Amma həmin çətin zamanlarda, bir nəfər də olsun Tovuzu tərk etmədi. Bu, bir faktdır və son hadisələr zamanı bir daha təsdiqini tapdı. Rayon mərkəzində, qəsəbə və kəndlərdə mübarizə ruhu çox yüksəkdir. Mən bunu açıq şəkildə müşahidə edə bildim. Hələ xatırlayırsınızsa, Tovuz hadisələri başlayanda kəndlərdən, rayon mərkəzindən yüzlərlə tovuzlu sərhədə doğru hərəkət edərək Ağdam kəndi yaxınlığında toplaşdılar, başqa bölgələrdən gələn xeyli insan da yerli əhali ilə həmrəy oldu. Həmin insan selinin qarşısı çətinliklə alındı, əks təqdirdə insanlar silahsız olsalar da, döyüşə gedəcəkdilər…

Şəhid Elşad Məmmədovun oğlu Məhəmməd ilə

– Tovuz istiqamətində son 30 ildə ən gərgin vəziyyəti bu il müşahidə etdik…

– Bəli, ilk dəfə idi. Amma yenə də təkrar edirəm ki, bu dəfə də heç nəyin dəyişmədiyi sübut olundu. Tovuz elə həmin Tovuzdur, Azərbaycanın işğal edilmiş ərazilərini azad etməyə ön sırada getməyə daim hazırdır.

– Cəmiyyətdə belə fikir mövcuddur ki, Azərbaycan-Türkiyə güclənən hərbi ittifaqı Moskvanı qıcıqlandırır və Rusiya Azərbaycanın Türkiyə tərəfə getməsini əngəlləmək üçün Ermənistanı yeni hərbi təxribatlara sövq edə bilər. Ermənistanın sərhəddə artan təxribatları sizcə daha çox Paşinyan hökumətinin özfəaliyyəti ilə bağlıdır, yoxsa burada daha çox Rusiya amilinin təsiri və dəst-xətti var?

– Əvvəla qeyd edim ki, Türkiyə-Azərbaycan münasibətlərinin bu səviyyəyə gəlib çatmasında gecikmişdik. Hərbi əməkdaşlığın gücləndirilməsi, irimiqyaslı təlimlərin keçirilməsi çoxdan baş verməli idi. Ancaq bir az geciksək də, iki ölkənin strateji müttəfiqliyinin güclənməsi istiqamətində çox mühüm hadisədir. Diqqət edin, Türkiyə və Azərbaycanda bir nəfər göstərə bilməzsiniz ki, Azərbaycan-Türkiyə əməkdaşlığının indiki səviyyəsindən məmnun qalmasın. Biz eyni qandan, eyni dindənik. Gec və ya tez bu münasibətlər, birlik daha da güclənməli idi. Bu, çox təbii prosesdir və qarşısını heç bir qüvvə, heç bir güc ala bilməz. Amma qeyd etdiyiniz “Rusiya qıcıqlanır” ifadəsini Azərbaycan-Türkiyə münasibətlərinə aid etmək olmaz. Məsələn, Belarus ilə Qərbin arasında dəyişən münasibətlər Rusiyanı qıcıqlandırır və bu da təbii qarşılanmalıdır. Çünki Rusiya ilə Belarus qardaş, strateji müttəfiqdir. Ona görə də, “qıcıqlanmaq” ifadəsini Belarus-Qərb əlaqələrinə aid etsək, daha doğru olardı.

Baxın, doğma qardaşınız sizin soyuq münasibətdə olduğunuz biri ilə yaxın əlaqədə, ünsiyyətdə olsa, bundan qıcıqlana bilərsiniz. Amma Azərbaycan-Türkiyə münasibətləri tamamilə fərqli müstəvidədir və böyük tarixə malikdir. Bu baxımdan da Rusiya Azərbaycan-Türkiyə əlaqələrini, yaxınlığını, dostluğunu, qardaşlığını təbii qəbul edir. İki qardaş arasında bağlılığa müdaxilə etmək çox çətin məsələdir. Rusiya artıq psixoloji olaraq bunu çoxdan qəbul edib və bilir ki, qarşısını almaq mümkün deyil.

Azərbaycan və Türkiyə arasında isti münasibətlərin yaranmasının qarşısını almağa hələ sovet hakimiyyəti dövründə də çalışılıb. O zaman iki qardaşın münasibət qurması, birləşməsi mümkün deyildi. Hətta o zaman belə bir ifadə də ittiham kimi tez-tez səsləndirilirdi – pantürkizm. Bu ifadə, əslində, biz azərbaycanlılara aid idi. Buna görə bizim nə qədər ziyalımızı sürgün etdilər, qətlə yetirdilər.

Rusiyanı  yaxşı tanıyan bir şəxs kimi bir daha qeyd edim ki, Rusiya Azərbaycan – Türkiyə əlaqələrinin güclənməsini qısqanclıqla qarşılamır, təbii proses hesab edir. Rusiyada həm siyasi elita, həm də sadə vətəndaşlar yaxşı bilirlər ki, bunun qarşısını almaq mümkün deyil. Açığını deyim ki, qarşısını ala da bilməzlər, buna cəhd də etməyəcəklər. Onu da unutmaq lazım deyil ki, bu gün Rusiya-Türkiyə münasibətlərinin özü yüksək səviyyədə inkişaf edir.

– O zaman Azərbaycan-Türkiyə münasibətlərinin Rusiyanı qıcıqlandırdığını yox, ehtiyatlandırdığını deyə bilərik…

– Müəyyən qədər ehtiyatlanmadan danışa bilərik. Rusiyanı əsas düşündürən məsələ ondan ibarətdir ki, regionda digər dövlətlərin əməkdaşlığı onun maraqlarına ziyan vurmasın. Bu baxımdan da deyə bilərik ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı Rusiyaya qarşı yönəlməyib. Həm Azərbaycan, həm də Türkiyə Rusiya ilə əməkdaşlığa xüsusi önəm verir.

– İlham müəllim, sərhəddə artan təxribatları Paşinyan hökumətinin özfəaliyyəti hesab etmək olarmı?

– Paşinyanın hazırda hakimiyyətdə qalması bizə daha çox sərf edir. Çünki nə qədər ki, Paşinyan hakimiyyətdə qalacaq, o zamana kimi Rusiya ilə Ermənistan arasındakı soyuq münasibətlər davam edəcək. Sarkisyanın, Köçəryanın dövründə olan fərqli münasibətlər hazırda müşahidə olunmur.

Bir məsələni unutmayaq ki, Ermənistanda hakimiyyətə kimin gəlməyindən  asılı olmayaraq Qarabağ məsələsinə münasibət yenə də dəyişməyəcək. Rusiya-Ermənistan münasibətlərini yalnız bu gündən çıxış edərək qiymətləndirmək mümkün deyil. İki ölkə arasındakı tarixi və qarşılıqlı maraqları unutmaq lazım deyil. Eyni zamanda, Ermənistanın Rusiyadan tam asılı olduğu bir faktdır və bu dəyişməyəcək. Digər tərəfdən də unutmayaq ki, Ermənistan NATO sərhədində yerləşib və bu Rusiya üçün həddən artıq həssas məsələdir.

– Bir neçə dəfə demişdiniz ki, 5 rayonun qaytarılması məsələsi Azərbaycan üçün faktiki kapitulyasiya, tələ deməkdir və Bakı buna getməməlidir. Hazırda danışıqlar, ümumiyyətlə, dayanıb. Konfliktin hərbi güc yolu ilə həll ehtimalını necə qiymətləndirirsiz? Azərbaycan müharibəyə başlamalıdırmı?

– Qarabağ məsələsinin həllinin iki yolu var: ya sülh, ya da müharibə yolu. Bu problemin həllinin üçüncü yolu yoxdur. Məsələnin sülh yolu ilə həll olunması zamanı ortaya qoyulan şərtlər önəmlidir. Sülh danışıqlarında ermənilər 5 rayon təklif edəcək, Kəlbəcər və Laçın dəhlizini isə öz nəzarətlərində saxlayacaqlar. Eyni zamanda, Dağlıq Qarabağa müstəqillik verilməsini istəyəcəklər. Buna görə də düşünmürəm ki, münaqişə sülh yolu həllini tapsın. Mən buna görə də deyirdim ki, 5 rayonun qaytarılması təklifi bir tələdir. Biz sülh yoluna razılaşsaq, onlar bunu qələbə kimi qarşılayacaqlar.

Onsuz da dünya ictimaiyyətinin Qarabağla bağlı anlayışı, məlumatı tam deyil. Əgər qeyd olunan variant qəbul edilsə, dünya ictimaiyyəti belə anlayacaq ki, artıq Qarabağ məsələsi həll olundu. Biz bundan sonra nə qədər çalışsaq da, beynəlxalq aləmə sübut edə bilməyəcəyik ki, problem həllini tapmayıb.

Münaqişənin sülh yolu ilə həlli ancaq belə ola bilər ki, 7 rayon tam olaraq qaytarılır, Dağlıq Qarabağın müstəqilliyi tanınmır və ən yüksək muxtariyyət statusu verilir. Amma güman etmirəm ki, ermənilər bu variantla  razılaşsınlar. Ona görə də Qarabağ məsələsinin yeganə həll yolu olaraq müharibə qalır.

– Sizcə, müharibə nə vaxt olmalıdır?

– Müharibə hər an başlaya bilər, proseslər bunu göstərir. Qarabağ məsələsinin həllində Ermənistanın tutduğu mövqeyi ucbatından sülh yolu mümkün deyil. Biz torpaqlarımızı tam işğaldan azad etmək istəyiriksə, müharibəyə tam hazır olmalıyıq.

“Rusiya ilə açıq danışmağın tam zamanıdır”


– İndiki vaxtda sərhəddə və Qarabağda eskalasiya müharibə ilə nəticələnsə, Azərbaycanın uduşla çıxmaq şansı nə qədərdir? Azərbaycan xalqında belə bir qənaət yaranıb ki, Rusiya Qarabağ məsələsinin ədalətli həllində maraqlı deyil. O zaman nə etməli? Rusiya ilə münasibətlərə hansı korrektlər etməliyik ki, Moskva, nəhayət ki, bizim əsas dərdimizi anlasın?

– Deputat Qüdrət Həsənquliyevin bəyəndiyim və çox sadə şəkildə izah olunan bir fikri var: elə bir zaman yetişib ki, biz artıq Rusiya ilə oturub açıq şəkildə danışmalıyıq. Rusiyaya deməliyik ki, sən bizimlə dost, qonşusan və münasibətlərimizi də qoruyaraq genişləndirək.

– Münasibətlərdə korrektə yox, danışıqlarda konkretlik lazımdır…

– Konkretlik lazımdır, ədalət biz tərəfdədir və Rusiya da münaqişəyə obyektiv yanaşmalıdır. Rusiya ilə danışıqlarda bu cür konkret olmaq lazımdır.

– Necə düşünürsünüz, indi konkret danışmağın zamanıdır?

– İndi tam zamanıdır.

– Sizcə, Azərbaycan “Rus NATO-su” və Avrasiya İqtisadi Birliyinə daxil olmalıdırmı?

– Əgər söhbət  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) gedirsə, belə situasiyalarda gərək biz öncə özümüzə sual verək ki, bu bizə nə vəd edir? Əgər kimsə düşünürsə ki, biz bu təşkilata qoşulsaq Qarabağ məsələsi həll olunacaq, bu, çox səhv düşüncədir. Mən buradan heç bir nəticə gözləmirəm və mümkün də deyil.

Avrasiya İqtisadi Birliyinə qoşulmağa gəlincə, deyim ki, bu, sırf iqtisadiyyatla bağlıdır. Bu quruma qoşulmağın iqtisadı səmərəsi ciddi şəkildə araşdırılmalıdır. Əgər dövlət olaraq iqtisadi baxımdan qazancımız olacaqsa, bu barədə düşünməliyik.

“Guya ki, Eldar Həsənovun Rusiyada böyük biznesi var və bu Fond vasitəsi ilə də biznesini böyüdüb. Hətta bu biznesdə mənim və V.Xmarinin də adını çəkir. Amma əsassız fikirlərdir”

 

– İlham müəllim, istəyirəm sizin fəaliyyətiniz və şəxsinizlə bağlı yayılan xəbərlər barədə sual verim. İlk olaraq sabiq baş prokuror, sabiq səfir, hazırda həbsdə olan Eldar Həsənov haqda.  Bir sıra şəxslər Eldar Həsənovun həbsi ilə bağlı məsələdən danışarkən onun rəhbəri olduğu Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondunda sizin də təmsil olunduğunuzu qeyd edirlər. Buna aydınlıq gətirə bilərsinizmi?

– Əvvəla onu deyim ki, Qara dəniz və Xəzər dənizi Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq Fondu Rumıniya və Azərbaycan prezidentlərinin təşəbbüsü ilə yaradılıb. Fondun yaradıcısı Eldar Həsənov olmayıb. Yaxşı niyyətlə, böyük işlər görülməsi məqsədi ilə yaradılan Fonddur. Bu Fond region ölkələri arasında sıx əlaqələrin, əməkdaşlığın genişlənməsinə xidmət üçün təsis edilmişdi. Sonradan belə bir qərar da qəbul edildi ki, təkcə Xəzər və Qara dəniz sahillərində yerləşən ölkələr yox, digər ölkələr də Fonda daxil olsun. Ermənistan da bu Fonda daxil olmaq üçün müraciət etmişdi, amma Azərbaycan və Türkiyə buna haqlı olaraq etiraz etdi.

Eldar Həsənov Rumıniyada səfir olan zaman həmin Fondda Azərbaycan tərəfindən baş katib kimi təmsil olunurdu. Həmçinin Rumıniyadan da baş katib təmsil olunurdu.

Rusiya və Türkiyə də Fonda qoşuldu. Biz istəyirdik ki, Fondda əsas çəkisi, ağırlığı olan dövlət Türkiyə olsun və oldu da. Fondda əsas söz sahibi də Türkiyə, Rusiya və Azərbaycan oldu. Bu üç ölkədən də həmsədrlər təmsil olunurdu. Azərbaycandan həmsədr Çingiz Abdullayev, Rusiyadan Viktor Xmarin, Türkiyədən isə millət vəkili İsmayıl Safi idi. Mən isə həmin Fondun fəxri üzvüyəm. Biz bu Fonddan yaxşı məqsədlər üçün istifadə etmişik. Mən də, Eldar Həsənov da, V.Xmarin özü də Fondun iclaslarında, görüşlərdə hər zaman Azərbaycanın mövqeyini müdafiə etmişik. Uyğun bir şərait olan kimi Qarabağ məsələsində sözümüzü deyə, bir çox dövlətləri məlumatlandıra bilmişik.

Keçmiş səfir Arif Məmmədov Eldar Həsənovla bağlı danışanda Fondun da adını çəkib və yanlış məlumatlar açıqlayıb. Dedikləri fikirlər arasında həqiqət ondan ibarətdir ki, mənimlə V.Xmarin Putinlə tələbə yoldaşıyıq, lakin o, yanlış olaraq Fondun fəaliyyətinə başqa don geyindirir, Eldar Həsənov, V.Xmarin, elə mənim özüm haqqında qeyri-obyektiv fikirlər söyləyir. Guya ki, Eldar Həsənovun Rusiyada böyük biznesi var və bu Fond vasitəsi ilə də biznesini böyüdüb. Hətta bu biznesdə mənim və V.Xmarinin də adını çəkir. Amma əsassız fikirlərdir. Mənim bildiyim qədər Eldar Həsənov Rusiyada sonuncu dəfə 2000-2001-ci illərdə doktorluq dissertasiyası müdafiə edən zaman olub. Ondan sonra Rusiyaya ayağı dəyməyib. Eyni zamanda, Eldar Həsənovun Rusiyada heç bir biznesi yoxdur, əgər olsaydı mənim məlumatım olardı. Mən Rusiyada olan və bizneslə məşğul olan azərbaycanlıları tanıyıram. Mümkün deyil ki, mənim bundan xəbərim olmasın.

Digər tərəfdən, həmin şəxs bizim şirkətlər qurduğumuzu deyirsə, bu şirkətlərin birinin adını çəksin. Sizin vasitənizlə də ona səslənirəm ki, belə bir məlumatı varsa, açıqlasın. Əgər yoxdursa, bilmədiyi mövzulardan danışıb, ictimaiyyəti çaşdırmasın.

“Biz bir neçə məqamı nəzərə alıb deyə bilərik ki, Eldar Həsənov barədə həbs qətimkan tədbirini dəyişdirmək, azadlığa buraxmaq olar. Onun yaşını, səhhətində problem olmasını və ölkə qarşısında xidmətlərini nəzərə alıb digər cinayət-prossesual tədbirləri seçmək olar” 

 

– Eldar Həsənovla şəxsi münasibətləriniz necədir?

– Biz 40 ildən çoxdur ki, bir-birimizi tanıyırıq. Cavan yaşlarından hüquq-mühafizə orqanlarında çalışmışıq. Bu günə qədər də münasibətlərimiz var.

İndi Eldar Həsənov həbsdədir. Onun həbsi ilə bağlı siyasətçi, jurnalist şərh verə, günahsız və ya günahkar olduğunu deyə bilər. Amma mən hüquqşünasam və bir hüquqşünas kimi şərh verməyim doğru olmazdı. Ona qarşı ittihamlar üzrə günahkar olub-olmadığı barədə fikir bildirmək üçün gərək cinayət işini oxuyasan. Bir xatirəni danışım. İlyas İsmayılov respublika prokuroru olanda yanına getdim. Həbs edilən bir tovuzlu barəsində dedim ki, həmin şəxs cinayətkar deyil. İlyas İsmayılov soruşdu ki, cinayət işini oxumusan? Dedim ki, yox. Cavab verdi ki, oxumamısansa, bu adamın günahsız olduğunu hardan bilirsən?

Biz bir neçə məqamı nəzərə alıb deyə bilərik ki, Eldar Həsənov barədə həbs qətimkan tədbirini dəyişdirmək, azadlığa buraxmaq olar. Onun yaşını, səhhətində problem olmasını və ölkə qarşısında xidmətlərini nəzərə alıb digər cinayət-prossesual tədbirləri seçmək olar. Həbs tədbiri heç də həmişə gözlənilən effekti vermir və çox vaxt nisbi xarakter daşıyır. Bir hüquqşünas kimi deyirəm ki, Eldar Həsənovun səfir, prokuror, alim olması və digər xidmətləri də nəzərə alınmalı idi. Eyni zamanda, dövlət başçısının cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı müvafiq sərəncamında da hüquq-mühafizə orqanlarına həbslə bağlı olmayan digər həbs qətimkan tədbirinin seçilməsi tövsiyyə edilir.

“Mən “Food City” Topdansatış Ticarət Mərkəzi ilə bağlı məlum qərarı verdim. Ermənistanın konsulu və səfirliyin nümayəndəsi Ticarət Mərkəzinə gələndə onların dərhal oradan çıxarılmasını tələb etdim. Bundan sonra ermənilər bizdən Rusiya xarici işlər naziri Lavrova şikayət etdilər”

 

– Rusiyada diasporumuza baxışınız necədir? Yeni təşkilat qurulacaqmı? Çünki Tovuz hadisələri ərəfəsində bir çox Avropa ölkələrində, Rusiyada azərbaycanlıların təşkilatlana bilmədiyini, diasporların fəaliyyətsizliyini gördük.

– Tovuz hadisələri vaxtı Rusiyada azərbaycanlılar və ermənilər arasında münaqişə oldu. Həmin vaxt vəziyyət çox gərgin idi. Təkcə Moskvada yox, bir çox böyük şəhərlərdə də vəziyyət nəzarətdən çıxırdı. Rusiya dövləti, hüquq-mühafizə orqanları yaranmış vəziyyətdən çox narahat idi. Çünki münaqişənin genişlənməsi üçün şərait yaranmışdı.

Yuxarıda deyilənləri nəzərə alaraq mən “Food City” Topdansatış Ticarət Mərkəzi ilə bağlı məlum qərarı verdim. Ermənistanın konsulu və səfirliyin nümayəndəsi Ticarət Mərkəzinə gələndə onların dərhal oradan çıxarılmasını tələb etdim. Bundan sonra ermənilər bizdən Rusiya xarici işlər naziri Lavrova şikayət etdilər. Lavrovla görüşə Ermənistan diasporunun rəhbəri Ara Abramyan və səfir getdi. Məndə olan məlumata görə, Rusiyadakı səfirimiz Polad Bülbüloğlu Lavrovla əlaqə saxlayaraq bildirib ki, niyə erməniləri qəbul edib, fikirlərini dinləyirsiniz, amma bizi qəbul etmirsiniz. İndi təsəvvür edin, səfir Polad Bülbüloğlu var, amma diaspor rəhbəri yoxdur. Buna görə də Polad Bülbüloğlu ilə birlikdə görüşə “Food City” Topdansatış Ticarət Mərkəzinin rəhbərlərindən biri olan Qod Nisanov getdi. Qeyd edək ki, Qod Nisanov həm Rusiyada, həm də Azərbaycanda hörmət edilən, nüfuzlu iş adamıdır. Eyni zamanda, Moskvada “Food City” ilə bağlı hadisələr geniş rezonans doğurmuşdu. Bu baxımdan Qod Nisanovun o görüşdə iştirakına ehtiyac yarandı.

– Polad Bülbüloğlu Lavrovla görüşə gedəndə sizə təklif edilmişdi? 

– Bəli. Amma mən Moskvada deyildim. Orada olsaydım, “Food City”nin rəhbərlərindən biri kimi özüm gedəcəkdim.

– Yaranmış gərgin vəziyyətin qarşısı necə alındı?

– Yaxşı ki, proseslərin qarşısı alındı. Rusiya hökuməti tərəfindən tərəflərə bu məsələdə soyuqqanlı olmaq, sakitləşmək tövsiyə edildi. Hər tərəf də üzərinə düşəni etdi. Biz öz ətrafımıza, dostlara, əlimiz çatan hər yerə məlumat göndərdik, xahiş etdik ki, gərginliyin qarşısı alınsın. Bilirsiniz, bu proseslər davam etsə idi hansı problemlər yaradacaqdı? Rusiyada işləyən nə qədər azərbaycanlı var, nəticədə onlar deportasiya oluna bilərdi.

Biz böyük bir savaşın qarşısını aldıq. İnandırım ki, proses davam etsəydi, çox ağır nəticələri ola bilərdi. Təsəvvür edin ki, Ticarət Mərkəzində çox az sayda erməni var idisə, on beş dəfədən artıq azərbaycanlı çalışır. Bundan əlavə orada çalışan xeyli sayda özbək, qırğız çalışır ki, onlarda azərbaycanlıları dəstəkləyirdi. Ona görə də, çalışdım ki, bizim azərbaycanlılara problem yaranmasın, deportasiya edilməsinlər. Eyni zamanda, ermənilər də həqiqəti anlasınlar.

– Rusiyada diasporumuz yenə də başsız qalıb…

– Bəzən mənə irad tuturlar ki, Rusiyada diasporumuz niyə təşkilatlanmayıb? Mənə deyirlər ki, sən hara baxırsan? Birincisi, mən Azərbaycan vətəndaşıyam və diaspora heç bir aidiyyətim yoxdur. Amma bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə mən bu işlə məşğul olurdum. Bizim soydaşlarımız Rusiyanın bir sıra şəhərlərində təşkilat yaradıblar. Bunların hamısını bir araya yığmaq məsələsi var idi. Onların vahid diaspor təşkilatı ətrafında birləşdirilməsi təkcə mənim yox, həm də dövlət başçısının özünün təşəbbüsü və mənə tapşırığı idi. Diasporun yaranmasına bir çox məsələlər mane oldu. Əsas səbəblərdən biri o dövrdə Bakıda diaspor quruculuğuna məsul rəsmi şəxslərin Rusiyada olan diasporla əlaqə saxlamaları, buradan onları fəaliyyətini koordinasiya etmələri idi. İndi həmin adamların heç biri vəzifədə deyil deyə adlarını çəkmək istəmirəm. O zaman mən müəyyən etdim ki, Rusiyada diasporumuzun bu vəziyyətdə olmasında kimlər günahkardır.

– Söhbət neçənci illərdən gedir?

– 2-3 il bundan əvvəl baş verənlərdir…

– Artıq həmin şəxslər vəzifədə deyil. Yəqin ki, diaspora təsir imkanları zəifdir. Əlverişli vəziyyət yaranmayıbmı? Diasporun fəaliyyətini yenidən qurmaq olmaz?

– Olar, lazımdır da. Amma Rusiyada diasporun fəaliyyətini Fazil Qurbanova həvalə ediblər. Mən o zaman da demişdim, indi də deyirəm ki, Fazil Qurbanov elə bir şəxs  deyil ki, azərbaycanlıları başına yığa bilsin. Diaspor yaratmaq onun gücündə deyil və azərbaycanlılar da onun ətrafına yığılmayacaq.

– Prezidentin bu məsələ ilə bağlı sizə tapşırığı var idi. İndi bu istiqamətdə nəsə edirsinizmi?

– Mən təşkilatlanmağa kömək edirəm. Hazırda da bununla məşğuluq. Əlimdən gələni həmişə etmişəm və bundan sonra da edəcəyəm.

– İndi “Food City”yə ermənilərin mal gətirməsi, satış həyata keçirməsi ilə bağlı ziddiyyətli xəbərlər var…

– Bu cür məlumatları məqsədli şəkildə yayırlar. Amma mən bir daha əminliklə, qətiyyətlə deyirəm ki, mümkün deyil. Həmin Ticarət Mərkəzində şəxsən tanıdığım xeyli sayda azərbaycanlı çalışır. Mən şəxsən onlara da bu məsələni diqqətdə saxlamağı tapşırmışam. Özüm də mütəmadi olaraq zəng edirəm, araşdırıram və müxtəlif mənbələrdən vəziyyəti nəzarətdə saxlayıram. Ermənilərin həmin ora addım atması mümkün deyil. “Food City” böyük ticarət mərkəzidir. Ermənilər oradan uzaqlaşdırıldıqları üçün milyonlar itiriblər. Bu onlara çox böyük zərbədir.

– Azərbaycanın pandemiya ilə mübarizəsini necə qiymətləndirirsiniz? Vəziyyətdən ən minimal itkilərlə çıxmaq üçün gərəkənlər edilirmi? 

– Məndə olan məlumata görə, Azərbaycanı digər ölkələrlə müqayisə edəndə itki çox azdır. Mütəxəssis deyiləm, amma statistik rəqəmlərə baxaraq deyə bilərəm ki, bizdəki vəziyyət qənaətbəxşdir. Bu isə o deməkdir ki, lazım olan tədbirlər görülüb. Artıq bir neçə gündür burdayam. Gündəlik statistik rəqəmləri də izləyirəm, gedişat da yaxşıdır, yoluxanların sayı günbəgün azalır.

– İş adamı olaraq pandemiya sizə necə təsir etdi?

– Təəssüf ki, pandemiya hər kəsə təsir etdi, bu bəladan zərərsiz ötüşən olduğunu düşünmürəm. Əsasən də iş adamları, bizneslə məşğul olanlar ciddi zərərlər gördü. Uzun müddət hər yer bağlandı, ticarət mərkəzləri işləmədi. Rusiya hökuməti də rəsmi olaraq belə qərar qəbul etmişdi ki, bağlanan müəssisələrdə heç kim işdən çıxarıla bilməz və əmək haqları da tam olaraq ödənməlidir. Bizim holdinqdə, müəssisələrdə təxminən 20 min insan çalışır. İşləmədiyimiz müddətdə tam 3 ay biz maaşları ödədik, bir nəfəri də işdən çıxarmadıq.

– Pandemiya dövrü iş qrafikində gərginliyi də azaltdı. Yəqin ki, bu sizin elmi yaradıcılığınıza vaxt ayırmağa imkan verdi?

– Pandemiya dönəmi bir fürsət oldu ki, yeni kitabım üzərində işimi daha da sürətləndirim. “Din və cəza” adlı kitabım artıq hazırdır və ilin sonuna qədər həm rus, həm də öz dilimizdə çap ediləcək. Bu kitabın üzərində bir ilə yaxın idi ki, işləyirdim.

İlkin Muradov
Foto: Məhəmməd Türkmən
Tovuz rayonu Ağdam kəndi

Müsahibə, Vacib

Nəşr edilib: 2020/09/25 18:03

Baxış:15368


XƏBƏR LENTİ

2021/11/30 17:33

2021/11/30 17:13

2021/11/30 17:07

2020/09/25 18:03

2021/11/30 17:05

2021/11/30 17:03

2021/11/30 17:01

2021/11/30 16:59

2021/11/30 16:29

2021/11/30 16:24

2021/11/30 16:22

2021/11/30 16:21

2021/11/30 16:17

2021/11/30 16:15

2021/11/30 16:00

2021/11/30 15:59

2021/11/30 15:57

2021/11/30 15:55

2021/11/30 15:53

2021/11/30 15:52

2021/11/30 15:51

2021/11/30 15:50

2021/11/30 15:48

2021/11/30 15:47

2021/11/30 15:47

2021/11/30 15:46

2021/11/30 15:44

2021/11/30 14:49

2021/11/30 14:44

2021/11/30 14:38

2021/11/30 14:31

2021/11/30 14:21

2021/11/30 14:06

2021/11/30 14:02

2021/11/30 14:00

2021/11/30 13:58

2021/11/30 13:55

2021/11/30 13:52

2021/11/30 13:51

2021/11/30 13:49

2021/11/30 13:47

2021/11/30 13:47

2021/11/30 13:46

2021/11/30 13:43

2021/11/30 13:41

2021/11/30 13:38

2021/11/30 13:37

2021/11/30 13:35

2021/11/30 13:33

2021/11/30 13:33

Сенсационное заявление Эрдогана: что происходит в треугольнике Киев-Анкара-Москва?

Турция готова взять на себя роль посредника между Россией и Украиной — это заявление президента Турции Реджепа Тайипа Эрдогана эксперты с полным основанием сочли сенсационным. Возвращаясь с саммита ОЭС в Ашхабаде, Эрдоган заявил журналистам на борту своего самолета: "Мы выступаем за установление мира в регионе, особенно когда речь идет в первую очередь о крымских тюрках. Мы неоднократно обсуждали эти вопросы с дружественной Россией и особенно с господином [президентом РФ Владимиром] Путиным. Мы хотим, чтобы [этот регион] не был территорией, где доминирует война. Пусть на этой территории в будущем царит мир, мы желаем развивать отношение к этому вопросу в позитивном ключе". Кроме того, по его словам, Турция "будет посредничать в этом вопросе, обсуждать этот вопрос". "Мы будем развивать эти переговоры как с Украиной, так и с господином Путиным. Мы хотим, чтобы мы участвовали в решении этого вопроса", — цитируют его турецкие СМИ. Предложил Эрдоган и провести трехсторонний саммит. РосСМИ в качестве «бэкграунда» новости отмечают: еще накануне президент Украины Владимир Зеленский сообщил, что Киев именно через турецкого лидера передал Москве список из 450 граждан Украины, которые удерживаются в Донбассе и России, и ожидает от Москвы ответного сигнала. Заявление Эрдогана о посредничестве, с учетом особых отношений Анкары и Москвы — это уже четкая «заявка», что главным переговорщиком Запада с РФ с учетом этих самых «особых отношений» будет теперь уже не Германия, где к тому же отставка канцлера Ангелы Меркель — это уже по сути свершившийся факт, а Турция. Более того, эта «рокировка» полностью укладывается и в натовский тренд — в Североатлантическом альянсе растёт влияние стран, не входящих в ЕС. Не говоря о том, что у Турции есть и серьёзная история дипломатического посредничества — достаточно вспомнить, что Анкара представляла интересы Ирана в Ираке и Ирака в Иране во время ирано-иракской войны. Но есть, к сожалению, и неудачный опыт. В начале второго десятилетия XXI века, когда в Сирии гражданское противостояние только разгоралось, Анкара предложила свое посредничество. Как раз накануне наступил короткий период потепления отношений Турции с властями Сирии. Более того, в Анкаре лучше, чем где бы то ни было, осознавали риски, которые несет конфликт у собственных границ. Турецкие дипломаты организовали несколько раундов переговоров между представителями режима Башара Асада и сирийской оппозицией, где на тот момент ИГИЛ не существовало от слова «вообще». Но затем свою посредническую миссию Анкара публично свернула. Как объявили в Турции, Башар Асад на переговорах обещал одно, а делал другое. То есть, в переводе, договаривался о реформах и политических «подвижках», а в реальности делал ставку на репрессии. Сегодняшнее предложение о посредничестве Анкара тоже озвучивает на показательном фоне. Прозвучало оно в то время, когда в мировом информационном пространстве обсуждается опасность нового российского вторжения в Украину и полномасштабного конфликта на Чёрном море. Куда, напомним, имеет выход и Турция. Но вот в РФ реакция оказалась весьма прохладной. Пресс-секретарь президента РФ Дмитрий Песков, которого считают одной из главных фигур именно на турецком треке, заявил, что, во-первых, «источники» он не комментирует, а во-вторых, «Россия не является стороной конфликта по Донбассу, и на таком саммите найти пути решения проблемы будет невозможно». По мнению Пескова, «стороной конфликта является с одной стороны Киев, а с другой стороны - представители самопровозглашенных республик". Честно говоря, фейк про «шахтеров и трактористов», будто бы воюющих на Донбассе, пресс-секретарю президента озвучивать даже как-то неудобно. Повторять кальку со штампов армянской пропаганды «это не агрессия Армении, а самоопределение армян Карабаха» — тем более. Еще интереснее, чем тогда объясняют в Кремле участие России в «Нормандском формате» и т.д. Но куда примечательнее сам факт озвученного Песковым отказа от турецкого посредничества. Особенно на фоне того, что происходит на украинско-турецком треке. Где дело, судя по всему, не ограничивается одними «Байрактарами». Турция — еще и ключевой игрок НАТО на Чёрном море. И самое главное, в Анкаре прекрасно понимают, против кого в первую очередь России нужен «военный кулак» в Крыму. Более того, здесь нелишне вернуться на несколько дней назад. И вспомнить нашумевшее заявление на своей пресс-конференции президента Украины Владимира Зеленского о нашумевшей истории с «вагнеровцами», которое уже цитировал Minval.az. Рассказывая о ключевом разговоре с теперь уже бывшим руководителем Главного управления разведки Минобороны Украины Василием Бурбой о спецоперации по задержанию «вагнеровцев», Зеленский, напомним, рассказал, что прямо озвучил вопрос: «Турецкие авиалинии – Эрдоган должен знать? – Нет. – Понял». И если вспомнить, что вылетали «Вагнеровцы» именно в Стамбул «Турецкими авиалиниями», что предлагалось Зеленскому сделать то же самое, что потом произойдёт с рейсом, на котором над Беларусью будет лететь Протасевич, но на сей раз на его борту были бы не мягкотелые телеграмм-блоггеры, а боевики, которые вполне могли бы захватить самолет в воздухе — неудивительно, что в Киеве предпочли не ввязываться. Причем Зеленский особо подчеркнул: у него возникло подозрение, что его хотят поссорить именно с Эрдоганом и втянуть Украину в огромный скандал с Турцией: «Эрдоган никогда бы нам этого не простил. Я с ним обсуждаю такие вещи за закрытыми дверьми, такие вещи! Как он нам помогает! Я бы никогда не въехал в эту стену». А тогда уже причины отказа РФ от посредничества Турции более чем понятны. В Москве отдают себе отчёт: Турция, в отличие от таких «титанов мировой дипломатии», как «дамасский мясник» Башар Асад, не ввела режим санкций против РФ, но тем не менее она поддерживает территориальную целостность Украины и признает Крым украинским. А еще развивает с Украиной военное сотрудничество. В такой ситуации РФ на международной арене с турецким посредничеством было просто «нечего ловить». Другой вопрос, какой окажется цена отказа от этого посредничества для самой России. Которая, похоже, недооценила готовность Запада все же «вписаться» за Украину и в результате, судя по всему, упустила шанс выйти из «спирали напряженности» с Киевом, не потеряв лица. Но это уже не проблемы Турции. Нурани

«Подожгут» ли мигранты Сувалкский коридор?

Ситуация на границе Беларуси с Литвой и Польшей остается труднопредсказуемой. Еще накануне СМИ гордо сообщали, что Ирак начал вывозить своих мигрантов из Беларуси. Теоретически это должно было бы означать разблокирование кризиса и снижение напряженности. Но на практике до «отбоя тревоги» еще слишком далеко. Накануне президент Беларуси Александр Лукашенко вновь обвинил власти Литвы, точнее, литовских «силовиков», в убийстве нелегальных мигрантов. Еще 27 ноября  в Государственном пограничном комитете (ГПК) Белоруссии заявили, что обнаружили тело избитого до смерти «нелегала», на следующий день — об обнаружении тела «избитого и истощенного мужчины неславянской внешности», а также следы его волочения к белорусской границе с территории Литвы. Теперь обвинения озвучил уже президент Лукашенко. Он рассказал о двух трупах, «подкинутых» за последние два дня на белорусскую границу, и заявил, что якобы литовские правоохранители помещают в спальный мешок мертвых или полуживых нелегалов, после чего подбрасывают их на белорусскую границу, где местные пограничники обнаруживают уже бездыханные тела. Правда, зачем литовцам понадобилось подбрасывать тела избитых мигрантов на территорию Беларуси, не пояснил. Зато известно другое. Как уже рассказывал Minval.az, «миграционный кризис» на границе Беларуси с Литвой и Польшей возник отнюдь не спонтанно. Еще несколькими месяцами ранее турфирмы, связанные с Минском, начали активно предлагать на рынках Сирии, Ирака и Турции, где скопилось предостаточно беженцев из Сирии и Ирака, туры в Беларусь с перспективой перехода границы в Польшу и Литву, а это уже «шенген». Стоил такой «тур», напомним, от 10 до 12 тысяч долларов. Причем мигрантов «организованно» привозили на границу, те устраивали шумные марши, пытались прорываться силой… Честно говоря, то, что происходит на границе Беларуси с Польшей и Литвой, оставляет стойкое ощущение дежавю. Нечто подобное имело место летом 2020 года на дагестанском участке границы Азербайджана и России. КПП на границе тогда были закрыты из-за пандемии коронавируса, большая часть граждан Азербайджана, находившихся в РФ, вернулись домой уже в первые недели, а летом настал черёд тех, кто рассчитывал переждать пандемию в России, но затем передумал и все же решил возвращаться. Через закрытые границы пропускали с учетом емкости карантинной системы — свои правила диктовал коронавирус. МИД Азербайджана выступал с разъяснениями, советовал регистрироваться на специальном сайте и приезжать к КПП к назначенному времени перехода. Но тут же нашлись те, кто советовал ждать прямо у границы. В результате у КПП в Дагестане возник стихийный лагерь, напряженность росла, стали появляться провокаторы, которые советовали «прорываться»,.. Сегодня уже понятно, что обстановку в Азербайджане накаляли намеренно — накануне вооруженных провокаций в Армении. В случае же с белорусской границей расчет другой. Оказавшись в «нерукопожатном» статусе после президентских выборов 2020 года, жесткого подавления протестов, «дела Протасевича» и т.д., Лукашенко остро нуждался в чем-то таком, что заставило бы европейских лидеров все же выйти с ним на прямой диалог. Где миграционный кризис представляется как раз «достойной темой». Беларусь в ближневосточную политику интегрирована, конечно, слабо, но вот Россия — очень даже. Навербовать тех же иракских курдов, пообещать им «шенген» и ждать, когда в Вильнюсе и Варшаве запаникуют — все это представлялось «делом техники». Кризис, однако, срежиссировать удалось, но вот решить с его помощью главную задачу и пробить дипломатическую блокаду — уже нет. Да, телефонный разговор Лукашенко с Меркель состоялся, но вот удалось ли Минску повысить свой статус на европейском политическом поле, превратить тему мигрантов в предмет торга и расширить переговорную повестку — вопрос открытый. Более того, теперь уже и в адрес Минска и Москвы зазвучали обвинения, что там искусственно создали кризис на границе, а нелегалов просто обманули, пообещав им «шенген», которого не было и быть не могло. Именно тогда РосСМИ вдруг заговорили о жестокости польских и литовских силовиков в отношении мигрантов. Вначале рассказывали про «пестициды в воде полицейских водометов». Теперь градус «страшилок» повысился до трупов избитых мигрантов. Но, похоже, эти «страшилки» были лишь прелюдией к главной теме. Где уже на первом месте не мигранты с белорусской стороны границы, а солдаты НАТО — с польской и литовской. Напомним: о том, что к белорусской границе стягиваются натовские силы, сообщила российская газета «Известия» со ссылкой на соцсети. Затем факт сосредоточения войск подтвердил и неназванный источник в минобороны РФ. А военный эксперт Вячеслав Шурыгин припечатал: «Предлог для наращивания военной группировки всегда найдется. Все всегда чем-то это оправдывают. Вопрос только, чем такие вещи заканчиваются. Современные противоречия, которые все более туго затягиваются в первую очередь между нами, США и Великобританией, все меньше находят возможности разрядки через какие-то переговоры». И вот на этом фоне Александр Лукашенко выступил с заявлением, которое может иметь совершенно неожиданное продолжение. Президент Беларуси приказал своей армии быть готовой к «агрессии» НАТО и даже пообещал «не остаться в стороне» в случае войны на Донбассе. Но в то же время заявил, что ответного сосредоточения войск не будет. А вот это уже серьезно. Особенно с учетом некоторых реалий. Эксперты уже вспомнили о Сувалкском коридоре. Это узкая полоска земли, где соприкасаются границы Польши и Литвы. С востока ее очерчивает граница с Беларусью, с запада — с российской Калининградской областью. Здесь, по мнению многих экспертов, самая уязвимая точка в «натовской» обороне стран Балтии. И именно здесь риск военной детонации особенно высок. Тем более теперь, когда президент Литвы Гитанас Науседа обратился к НАТО с призывом пересмотреть отношения с Беларусью. Он заявил на совместной пресс-конференции с генсеком НАТО Йенсом Столтенбергом, что белорусская армия все больше интегрируется с вооруженными силами России, после чего продолжил: "Это ставит перед НАТО новые задачи, и альянс должен соответствующим образом скорректировать свои планы, стратегию и тактику, чтобы быть готовым к ответу". В переводе: если прежде Лукашенко еще вёл свою политику и воздерживался от слишком открытой поддержки российских военных игр, прекрасно понимая, что рискует в этой ситуации прежде всего Беларусь, а уже потом Россия, то теперь свободы рук у него куда меньше. А вот рисков существенно больше. И, как показывает отказ Минска начать ответное стягивание своих войск к границе, власти Беларуси все же намерены «оставить дверь для переговоров» открытой.  Другой вопрос, захотят ли войти в нее потенциальные собеседники И если да, то с каким именно переговорным предложением. Нурани

Президент Ильхам Алиев: «Азербайджан сам восстановил свою территориальную целостность»

Саммит ОЭС в Ашхабаде завершён. И, как того и следовало ожидать, теперь уже очередь за экспертным сообществом: подвести и проанализировать его итоги. И вот тут даже самый беглый анализ не оставляет сомнений: главным действующим лицом саммита был именно президент Азербайджана Ильхам Алиев. Встреча ОЭС состоялась через год после победы в Карабахе, и это нашло свое отражение во многих аспектах. Президент Азербайджана Ильхам Алиев в своем выступлении подчеркнул: «Азербайджан сам восстановил свою территориальную целостность. Азербайджан сам обеспечил исполнение принятых в 1993 году Советом Безопасности ООН четырех резолюций, требующих незамедлительного, полного и безоговорочного вывода армянских вооруженных сил с оккупированных территорий Азербайджана». А это не только констатация, скажем так, нового военно-территориального баланса. Азербайджан сделал то, на что у международного сообщества, Минской группы и т.д. не хватило почти что 30 лет. Чем доказал еще и свою государственную зрелость. Эти новые реалии нашли отражение в итоговой декларации встречи. Участники саммита ОЭС поздравили народ Азербайджана с победой и восстановлением территориальной целостности, а еще призвали вкладывать инвестиции в проекты на освобожденных землях. Более того, в итоговой декларации не просто говорится о документах, подписанных лидерами Азербайджана, России и Армении, но и употребляется именно слово «коридор». А это уже прямая иллюстрация к словам президента Азербайджана: «На последнем Саммите Организации экономического сотрудничества я проинформировал моих коллег о Зангезурском коридоре. Сегодня могу сказать, что Зангезурский коридор становится реальностью. Эта новая транспортная инфраструктура станет важной частью коридоров Восток-Запад и Север-Юг. Уверен, что страны-члены ОЭС будут пользоваться данным коридором». Для Азербайджана это — законный политический успех, подтверждение статуса страны-победителя и еще один шаг по конвертации военного успеха в политические и дипломатические дивиденды. Для Армении — дипломатическая катастрофа. Среди стран, подписавших итоговую декларацию с поздравлениями в адрес Азербайджана — три государства, входящих вместе с Арменией в ОДКБ: Казахстан, Кыргызстан и Таджикистан. Еще один удар после Тюркского саммита, и еще одна демонстрация влияния и авторитета Азербайджана на том «поле», которое Армения как бы должна считать своим. Здесь огромное поле для комментирования. Понятно, что «идущий в ад ищет себе попутчика», и политическая верхушка Армении регулярно это подтверждает. Только вот членство в ОДКБ не отменяет национальных интересов. Особенно теперь, когда Азербайджан обезопасил свои транспортные коммуникации и открывает Зангезурский коридор. Что вместе с транскаспийской паромной переправой и новым торговым портом на Каспии предоставляет странам Центральной Азии возможность удобного и прямого выхода в Турцию и на рынок Средиземноморья. И самое главное, никто не отменял ни признанных границ, ни международное право. Словом, неудивительно, что в Нур-Султане, Бишкеке, Душанбе делают ставку на Азербайджан. Более того, подписал итоговую декларацию и Иран, на который в Армении тоже возлагалось столько надежд. Впрочем, об Иране следует сказать особо. Как и планировалось, на полях саммита прошла встреча президентов Азербайджана и ИРИ Ильхама Алиева и Эбрахима Раиси. Которая обозначила новый, позитивный тренд в развитии отношений Азербайджана и ИРИ, совместное использование Зангезурского коридора и т.д. Более того, настоящей региональной сенсацией стало достижение трехсторонних договорённостей между Баку, Ашхабадом и Тегераном о своповых поставках туркменского газа через Иран в Азербайджан и далее уже по азербайджанскому Южному газовому коридору. Все три страны теперь участвуют в масштабном, долгосрочном и взаимовыгодном проекте, что многократно снижает вероятность конфликтов между ними. Более того, Ашхабад получил то, чего у него не было с момента распада СССР — выход на европейский рынок без посредничества российского «Газпрома». Что особенно примечательно сегодня, на фоне бушующего в Европе газового кризиса. Так что Азербайджану будет что представить на скором саммите ЕС и «Восточного партнерства». И это далеко не полный перечень тех итогов победы Азербайджана в Карабахе и связанных с ней региональных подвижек на поле только одной встречи в верхах. Не говоря о том, что очерченные на саммите ОЭС тренды только начинают раскрываться. Президент Азербайджана вновь продемонстрировал «мастер-класс» в большой дипломатии, и его результаты определяют «дипломатическую погоду» на огромном пространстве. Нурани