PRoMete bu dəfə “Unutqanın mahnısı” oxudu – AUİDO
Rep ifaçısı PRoMete (Pərviz İsaqov) yeni trekini təqdim edib.
Primetime.az xəbər verir ki, sözləri PRoMetenin özünə, musiqisi isə Mantra Beats-ə məxsus olan mahnı “Unutqanın mahnısı” adlanır. Sözügedən iş sənətçinin rəsmi “YouTube” kanalında və bütün musiqi platformalarında təqdim olunub.
Qeyd edək ki, mayın 12-də yerli məkanların birində PRoMete yenidən sevənlərini bir araya yığıb, konsert verəcək. Gecədə eyni zamanda gənc müğənni Hiss də yer alacaq. Biletlər iTicket.az-da və şəhərin bütün kassalarında satışdadır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

