PSJ 30 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlayıb
Fransanın PSJ klubu növbəti transferini rəsmiləşdirib.
APA-nın məlumatına görə, Paris təmsilçisi İdrissa Qeye ilə müqavilə imzalayıb
Seneqal milli komandasının 30 yaşlı yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb. O, 2023-cü ilin yayına qədər PSJ-də çıxış edəcək.
İ.Qeye bunadək İngiltərənin “Everton” klubunda oynayıb. Fransa təmsilçisi yarımmüdafiəçi üçün 32 milyon avro ödəyib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

