PSJ iki hücumçusunu itirib
Fransanın PSJ klubu daha bir itki ilə üzləşib.
APA-nın məlumatına görə, Liqa1-in III turunun “Tuluza” ilə görüşündə (4:0) zədələnən Edinson Kavaninin durumu ciddi olub.
Uruqvaylı hücumçu ən azı üç həftə yaşıl meydanlardan kənar qalacaq. Daha öncə komandanın digər ulduzu Killian Mbappenin durumuna aydınlıq gəlmişdi. “Tuluza” ilə qarşılaşmada zədələnən fransalı isə 4 həftəlik sıradan çıxıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

