Pul ödəyə bilmədilər, qəbirdən çıxarıldılar
Qvatemalada ölülərə qarşı “hörmətsizlik” baş alıb. Söhbət bu Mərkəzi Amerika ölkəsindəki pullu qəbiristanlıqlardan gedir.
Minval.İnfo Sputnik-ə istinadən bildirir ki, Qvatemalada bəzi ölən insanların yaxınları pullu qəbiristanlıqda qəbir kirayələyərək ölən qohumlarını mumiyaladaraq orada basdırırlar.
Son zamanlar bir çox ölülərin qohumları kirayə pulunu ödəmədiyi üçün onların mumiyası qəbirqazanlar tərəfindən çıxarılıb qəbiristanlığın bir küncünə qoyulur. Meyidlərin sahibləri qısa bir zamanda gəlməsə, həmin mumyalar kimsəsizlər qəbiristanlığında dəfn olunacaq.
XƏBƏR LENTİ
2025/11/19 14:22

