Pul üçün rinqə çıxan 13 yaşlı idmançı faciəvi şəkildə öldü – VİDEO
Tailandda məktəb xərclərini ödəmək üçün pullu boks döyüşlərinə çıxan 13 yaşlı oğlan beynindən aldığı zərbə nəticəsində rinqdə can verib.
Oxu.Az xəbər verir ki, ana-atası olmayan və yaşayışını pullu döyüşlərlə təmin edən Anuka Tasako çıxdığı döyüşün 3-cü raundunda həyatını itirib.
Onun ölümü Tailandda böyük narazılığa səbəb olub.
Əhali azyaşlıların pul üçün döyüşməsini qadağan edən qanun çıxarılmasını tələb edir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

