Pulu olmayan sınaq imtahanlarında iştirak edə bilməyəcək
Növbəti aylarda sınaq imtahanları təşkil olunacaq.
Abituriyentlər 20 manat ödəməklə özlərini sınaya bilələcəklər.
Bəs, maddi imkanı zəif olanlar? Bu səbəbdən minval.info maddi cəhətdən çətinlik çəkənlərin imtahanda iştirak etmək şansının hansı yerdə olduğunu öyrənməyə çalışıb.
Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə saytımıza deyib ki, sınaq imtahanında iştirak etmək məcburi deyil: “Bu səbəbdən hamı eyni şəkildə ödəniş etməklə özünü sınağa çəkə bilər. Abituriyentin imtahanda iştirakı öz istəyi ilə əlaqədardır”.
Maddi imkanı olmayan gələcək tələbələrin sınaqda pulsuz iştirak şansı ilə bağlı isə Xanlar Xanlarzadə bildirib ki, onlar üçün heç bir güzəşt nəzərdə tutulmayıb: “Belə abituriyentlərə hələlik heç bir güzəşt nəzərdə tutulmayıb. Dediyim kimi, bu sınaq imtahanları məcburi deyil”.
Samir Mirzə
Minval.İnfo

