Püşk atıldı – “Qarabağ”ın Çempionlar Liqasındakı potensial rəqibi bəlli oldu
“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.
“Minval.info”nun məlumatına görə, “köhlən atlar” II təsnifat mərhələsində İsveçrə “Sürix”ini üstələyəcəyi təqdirdə, “Ferentsvaroş” (Macarıstan) / “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, “Qarabağ” / “Sürix” duelinin qalibi ilk görüşünü 2-3 avqustda öz meydanında, cavab qarşılaşmasını isə avqustun 9-da səfərdə keçirəcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22


