Putinə mesaj var: “Sürpriz siyasi proseslər ola bilər”

“Putinin avantürist Ukrayna siyasətinə dair yeni mesaj var. Bu dəfəki mesaj ABŞ, NATO və ya Qərbdən, hətta heç Ukraynadan da deyil, Rusiyanın öz daxilindən – “Ümumrusiya Zabitlər Məclisindən” gəldi. Özü də elə döyüşçüsayağı sərt şəkildə və ağır ittihamlarla dolu”.

Sfera.az bildirir ki, bunu “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib. O xatırladıb ki, artıq bir neçə gündür, Rusiya və rusdilli xarici media ilə yanaşı, bəzi Qərb hərbi-analitik çevrələri də “Ümumrusiya Zabitlər Məclisinin” ölkə vətəndaşlarına və Rusiya hakimiyyətinə müraciətini müzakirə edir:

“Məclisin sədri general-polkovnik Leonid İvaşovun imzaladığı müraciətdə Putinin xarici siyasəti “cinayətkarlıq” adlandırılır və Rusiya üçün əsas təhdidin ölkənin daxilindən qaynaqlandığı göstərilir. Həmin təhdidin mənbəyi kimi isə, qabiliyyətsiz idarəçilik, hakimiyyətin antixalq mahiyyəti, mövcud modelin uğursuz olması göstərilir. Kreml iyerarxiyasını faktiki olaraq rus xalqının məqsədli məhvində ittiham edən müraciətin müəllifləri ölkədə sistem böhranın olmasını və Ukraynaya qarşı müharibə başlanacağı halda Rusiya üçün tarixin bitəcəyini bildirirlər. Ümumiyyətlə, tonu son dərəcə ağır olan müraciət müstəsna olaraq sərt ittihamlar və tələblər şəklində tərtib olunub.

Belə bir müraciəti simptomatik də hesab etmək olardı, amma diqqət çəkən başqa bir məqam – onunla eyni gündə tanınmış rusiyalı hərbi analitik Mixail Xodoryonokun mümkün Rusiya-Ukrayna müharibəsi haqda dərc etdiyi ekspertiza olmasaydı. Maraqlısı təkcə onların eyni tarixdə dərc olunması deyil, həm də ritorika baxımından oxşarlığıdır. İllərdir ictimai rəyi Ukraynaya qarşı müharibəyə kökləyən Kreml analitiklərini sərt şəkildə tənqid edən Xodoryonok onları qeyri-peşəkarlıqda, yanlış dəyərləndirmədə və digər günahlarda ittiham edir və tanış olmadıqları mövzularda danışmamağa çağırır”.

Ekspert əlavə edib ki, mümkün müharibəni hərbi-strateji baxımdan bənd-bənd təhlil edən analitik Rusiyanın uzunmüddətli hərbi qarşıdurmaya çəkilərək ağır duruma düşə biləcəyini göstərir:

“Digər diqqətçəkən məqamlardan biri də müəllifin Rusiya ordusunun, onun silah təhcizatının durumu barədə Putinin pozitiv dəyərləndirmələrini təkzib etməsidir. Beləliklə, bir çoxlarının Putinin Ukrayna avantürasına qarşı Rusiya cəmiyyətinin küncə sıxılmış demokratik kəsimindən etiraz səslərinin ucala biləcəyini gözlədiyi halda, “günün günorta çağı” yaylım atəşi açıldı. İstisna deyil ki, “atəş” əmri də eyni mərkəzdən verilib.

Heç kəsə sirr deyil ki, müxtəlif zabitlər birlikləri, digər bu tipli hərbi təmayüllü qurumlar və ekspertlər adətən ordu ilə sıx əlaqədə fəaliyyət göstərirlər. Odur ki, onların bəyanat, müraciət və dəyərləndirilmələri də ordunun mövqeyinin ifadəsi kimi qəbul edilə bilər. Bu baxımdan, qeyd edilən mesajların da Rusiya ordusunun Putin hakimiyyətinə xəbərdarlığı olduğunu deyə bilərik. Belə görünür, öz daxili opponentini (ordunu) Qazaxıstan, Ukrayna və s. bu kimi avantüralara cəlb edərək onu həm siyasi mübarizədən yayındırmağa, həm də cinayətlərə bulaşdırmağa çalışan Kremlin səyləri qarşı tərəfin səbrinin tükənməsinə gətirib çıxarıb. Belədirsə, o zaman yaxın dövrlərdə Rusiyada sürpriz siyasi proseslərin şahidi ola bilərik”.

Siyasət

Nəşr edilib: 2022/02/07 11:23

Baxış: 34


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06