Putin səssizliyini pozdu – ABŞ və NATO-nu ittiham etdi
Rusiya Prezidenti Vladimir Putin ABŞ və NATO-nu Rusiyanın fundamental təhlükəsizlik narahatlıqlarına məhəl qoymamaqda ittiham edib.
Minval.İnfo Rusiya mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı bu barədə Macarıstanın Baş naziri Viktor Orbanla danışıqların yekunlarından sonra deyib. “Yanvarın 26-da ABŞ və NATO-dan alınan yazılı cavabları diqqətlə təhlil edirik”, – Rusiya Prezidenti deyib.
Putinin sözlərinə görə, Rusiyanın fundamental narahatlıqlarına məhəl qoyulmadığı artıq aydındır.
Rusiya Prezidenti əlavə edib ki, Moskva onun üç əsas tələbinin adekvat nəzərə alındığını görmür. Söhbət NATO-nun genişlənməsinin qarşısını almaqdan, Rusiya yaxınlığında zərbə silahı sistemlərinin yerləşdirilməsindən imtinadan, həmçinin Şimali Atlantika Alyansının Avropadakı hərbi infrastrukturunun 1997-ci il vəziyyətinə qaytarılmasından gedir.
XƏBƏR LENTİ
2025/11/19 14:22


