Putinin müəlliməsi İsraildə vəfat etdi

1960-cı illərdə Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinə alman dilindən dərs deyən Mina Yudinskya adlı müəllimə 96 yaşında İsraildə vəfat edib.
Axar.az xəbər verir ki, Yudinskaya Petax-Tikbe qəbiristanlığında dəfn edilib. Qeyd edək ki, Putin prezident olduqdan sonra onunla görüşmüş və 2005-ci ildə Təl-Əvivdə mənzil almasına yardımçı olmuşdu.
Yudinskaya müsahibələrindən birində Putinin olduqca çalışqan tələbə olduğunu, qrammatikanı yaxşı öyrəndiyini bildirmişdi.
XƏBƏR LENTİ
2025/11/19 14:22

