“Qəbələ” autsayderə də uduzdu, “Neftçi” liderliyini möhkəmləndirdi – VİDEO

Bu gün Azərbaycan Premyer Liqasında VII turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, turun açılış görüşündə “Zirə” “Qəbələ”ni qəbul edib və mövsümdə ilk qələbəsini qazanıb – 1:0.
Digər oyunda “Sumqayıt” “Səbail”in qonağı olub və 0:2 hesabı ilə uduzub.
Turun mərkəzi qarşılaşmasında isə lider “Neftçi” IV pillədə yer alan “Sabah”la üz-üzə gəlib və rəqibinə qalib gəlib – 2:0.
“Neftçi”nin baş məşqçisi Roberto Bordin oyundan sonra keçirilən mətbuat konfransında bildirib ki, “Neftçi” bu qələbəni anası vəfat edən hücumçu Kvame Karikariyə həsr edib.
Qeyd edək ki, VII turun “Keşlə” – “Qarabağ” matçı 31 oktyabra təxirə salınıb.
Minval.İnfo
XƏBƏR LENTİ
2025/11/19 14:22

