Qəbələdə bu günədək vətəndaşlara 84 min dozaya yaxın vaksin vurulub

Əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması koronavirus pandemiyasının qarşısının alınmasında ən mühüm amillərdən biridir. Hazırda Qəbələ rayonunda da bu proses uğurla davam edir. Əhalinin vaksinasiya prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Bu günədək rayon üzrə vətəndaşlara 83 min 974 doza vaksin vurulub.
Minval.info-nun məlumatına görə, rayon icra hakimiyyətində yaradılan qərargahdan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, prosesin həyata keçirildiyi Qəbələ Rayon Mərkəzi Xəstəxanasında sıxlığın qarşısının alınması, əhalinin rahatlığının təmin edilməsi və vaksinasiya prosesinin daha da sürətləndirilməsi məqsədilə səyyar həkim briqadaları təşkil olunub. Ümumiyyətlə, bu günədək birinci mərhələ üzrə peyvənd olunan şəxslərin ümumi sayı 50 min 930 nəfər, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 33 min 44 nəfərdir.


