Qəbələdə iki qardaşdan silah-sursat götürülüb

Qəbələ Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşları birgə əməliyyat keçirib.
“Minval.info” xəbər verir ki, bu barədə APA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində Tikanlı kənd sakinləri T.Abdullayev və qardaşı N.Abdullayevdən iki ədəd nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngləri, yeddi ədəd patron, bir ədəd patron darağı, bir ədəd bıçaq və iki ədəd fənər götürülüb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

