“Qəbələ”də şok itki

“Qəbələ”nin futbolçusu Yaovi Akakponun zədəsi ciddidir.
Minval.info Offsideplus.az-a istinadən xəbər verir ki, toqolu futbolçunun ön çarpaz bağları qopub. Bu barədə saytımıza açıqlama verən “Qəbələ”nin mətbuat katibi Anar Hacı, futbolçunun əməliyyat olunacağını bildirib. Akaponun təxminən 6-7 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Yaovi Akakpo Azərbaycan Premyer Liqasının ilk 3 turunda 2 qol vurub.
XƏBƏR LENTİ
2025/11/19 14:22

