“Qəbələ”də yeni hücumçu
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini rəsmiləşdirib.
Klub saytı xəbər verir ki, “qırmızı-qaralar” Fil Dişi Sahilindən olan futbolçu Kristian Kouakou ilə anlaşıb.
28 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
Forvardın son komandası Çexiyanın “Karvina” klubu olub.
Qeyd edək ki, “Qəbələ” daha öncə Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev və Sadiq Quliyevi heyətinə qatmışdı.(oxu.az)
XƏBƏR LENTİ
2025/11/19 14:22

