“Qəbələ” iordaniyalı futbolçu ilə müqavilə bağlayıb

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. “MİNVAL.İNFO” klubun rəsmi saytına istinadən xəbər verir ki, “qırmızı-qaralar” iordaniyalı yarımmüdafiəçi Omar Hani ilə anlaşıb. 22 yaşlı cinah oyunçusu ilə 1+1 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına vətənində başlayan vingerin ilk klubu “Əl-Faysali” olub. O, 2019-cu ildə Kipr təmsilçisi APOEL-ə keçib. 2019 – 2021-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020 – 2021-ci illərdə icarə əsasında Nikosiya “Olimpiakos”sunda çıxış edib.
İordaniyanın U-19 və U-23 milli komandalarının formasını geyinmiş yarımmüdafiəçi əsas yığmada 1 oyun keçirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

